Böyük Britaniyada 250 min nəfərin işsiz qalacağı gözlənilir
London, 20 aprel, AZƏRTAC
Böyük Britaniya iqtisadiyyatının İran münaqişəsinin təsirləri fonunda resessiya həddinə yaxınlaşacağı və yüz minlərlə insanın işsiz qala biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, iqtisadi proqnozçuların açıqlamasına görə, ölkə iqtisadiyyatı bu ilin ikinci və üçüncü rüblərində demək olar ki, artım göstərməyəcək və ardıcıl iki rübdə ümumi daxili məhsulun azalması riski ilə üz-üzə qalacaq.
“Item Club” tərəfindən hazırlanan son hesabatda qeyd olunur ki, Böyük Britaniyada ümumi daxili məhsulun 2025-ci il üzrə artımı cəmi 0,7 faiz olacaq. Bu isə əvvəl proqnozlaşdırılan 1,4 faizlik artımla müqayisədə ciddi azalma deməkdir.
Hesabatda, həmçinin vurğulanır ki, əmək bazarı pandemiyadan bəri ən böyük zərbə ilə üzləşə bilər. Proqnozlara əsasən, işsizlik səviyyəsi 2027-ci ilin ortalarına qədər 5,8 faizə yüksələcək. Bu isə əlavə olaraq təxminən 250 min nəfərin işsiz qalması və ümumi iş axtaranların sayının 2 milyonu keçməsi deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:50]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]