Böyük Britaniyada deputatlara qarşı təhdidlər artır
London, 3 aprel, AZƏRTAC
Böyük Britaniyada deputatlara qarşı artan təhdidlərin qarşısını almaq üçün polisə yeni dəstək təklif olunub.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ölkə üzrə polis qüvvələrinə deputatlara qarşı yönəlmiş təhdid və zorakılıq hallarının araşdırılması və qarşısının alınması məqsədilə yeni yaradılmış Milli demokratiyanın qorunması bölməsi tərəfindən xüsusi dəstək veriləcək. Bu təşəbbüsə rəhbərlik etmək polis rəisi Kris Balmerə həvalə olunub.
Məlumata görə, deputatlara qarşı törədilən cinayət hallarının sayı 2019-cu ildən bəri iki dəfədən çox artaraq ötən il təxminən minə çatıb. Artım əsasən təqib, əmlaka ziyan vurma və ölüm təhdidləri ilə bağlıdır.
Deputatlar bildiriblər ki, ölüm təhdidləri artıq adi hal alıb və bunların əksəriyyəti barədə polisə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]