Böyük Britaniyada sənayenin müharibə rejiminə hazırlanması planlarının təxirə salınması gözlənilir
London, 6 aprel, AZƏRTAC
Böyük Britaniyada sənaye və kritik infrastrukturun mümkün müharibə şəraitinə hazırlanmasını nəzərdə tutan planların gələn ilə qədər təxirə salınacağı bildirilir.
AZƏRTAC “The Times”a istinadla xəbər verir ki, hökumətin bu il təqdim edəcəyini açıqladığı “Müdafiə hazırlığı haqqında” qanun layihəsinin yaxın vaxtlarda qanunvericilik gündəliyinə daxil edilməsi artıq gözlənilmir. Bu isə qlobal vəziyyətin getdikcə gərginləşdiyi bir dövrdə ölkənin özünü müdafiə imkanları ilə bağlı suallar doğurur.
Strateji müdafiə icmalının tövsiyələrinə əsaslanan qanun layihəsi əsas sənaye sahələrində çalışan işçilərin müharibə vəziyyətində səfərbərliyə hazırlanmasını təmin etməyi nəzərdə tutur.
Qeyd edək ki, müdafiə naziri Lord Koker ötən il qanun layihəsinin 2026-cı ilin əvvəlində təqdim olunacağını bildirib. Lakin mənbələr “The Times”a bildiriblər ki, sənədin may ayında keçiriləcək və parlamentin növbəti sessiyasının gündəliyini müəyyən edən Kralın çıxışında yer alması gözlənilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]
Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb
- 04.06.2026 [16:39]