BÖYÜK BRİTANİYANIN SƏFİRİ LƏNKƏRANA GƏLMİŞDİR
Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə qonağa regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən görülən tədbirlər barədə ətraflı məlumat verilmiş, rayonun iqtisadi, sosial və mədəni inkişafına dair fikir mübadiləsi aparılmışdır.
Sonra insan hüquqları üzrə cənub resurs mərkəzində bölgədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səfirin görüşü olmuşdur. Mərkəzin direktoru Esmira Turhidə bölgədəki qeyri-hökumət təşkilatları, onların icra, hüquq mühafizə orqanları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri, həyata keçirdikləri tədbirlər barədə məlumat vermişdir.
Böyük Britaniya diplomatı görüşdə çıxış edərək demişdir ki, bu, mənim Azərbaycan bölgələrinə ikinci səfərimdir. İngiltərə şirkətləri Azərbaycanın neft və qaz sektorunda fəal işləyirlər. Ölkənin uzunmüddətli tərəqqisi üçün qeyri-neft sektorunun da inkişafı zəruridir və Böyük Britaniya bu sahədə də Azərbaycana kömək edəcəkdir.
Həmin gün səfir Lənkəran çay fabrikində və konserv zavodunda da olmuşdur.
Lənkəranla tanışlıq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib
- 02.10.2026 [15:32]