“Böyük Dəbilqə”: Azərbaycan cüdo millisi yarışı bir medalla başa vurub
Bakı, 30 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.
Son yarış günündə +100 kiloqram çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.
Əhməd Yusifov (60 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Camal Qamzatxanov (+100 kiloqram) turniri 5-ci yerdə başa vurublar.
Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]