BÖYÜK İPƏK YOLU – HƏYAT YOLU İŞƏ DÜŞÜR
“Daymler-Kraysler” korporasiyasının keçirdiyi bu genişmiqyaslı aksiyadan məqsəd Əfqanıstana humanitar yardım göndərilməsi ilə yanaşı, TRASEKA dəhlizinin səmərəliliyi və təhlükəsizliyini dünyaya nümayiş etdirməkdir.
Avtomobil karvanı sentyabrın 4-də Brüsseldən yola düşmüşdür və Gürcüstandan sonra Azərbaycan, Türkmənistan və Özbəkistandan keçərək oktyabrın 1-də Kabula çatacaqdır. Karvanı ayrı-ayrı ölkələrdən 30 jurnalist, həmçinin Avropanın müxtəlif şirkətlərinin 100-dək mütəxəssisi müşayiət edir.
Dünən saat 11-də karvan Azərbaycan ərazisinə daxil olub.
Beləliklə, 10 il öncə irəli sürülən Böyük İpək Yolunun dirçəlməsi ideyası artıq gerçəkləşir. Haqlı olaraq həyat yolu adlandırılan bu yol fəaliyyətə və insanların rifahına xidmət etməyə başlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]