Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdışı daha da sürətləndirmək əsas hədəflərimiz sırasındadır

Böyük Qayıdışı daha da sürətləndirmək əsas hədəflərimiz sırasındadır

Bakı, 6 yanvar, AZƏRTAC

Azərbaycanın tarixinə daha bir uğurlu səhifə yazıldı. Bu fikri daim böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaratdığı möhkəm təməl ölkəmizin davamlı inkişafının əsasıdır. Son 19 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın bu gününü sabahından daha da möhtəşəm görmək istəyi yeni-yeni hədəflərə stimul verir. Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində də bu fikri xüsusi qeyd etdi ki, 2022-ci ilin də ölkəmiz üçün uğurlu olacağını bildirmişdi. Belə də oldu. Qarşımızda duran bütün vəzifələr icra edildi, Azərbaycan daha da gücləndi.

Ötən hər il yeni il üçün hədəflərin müəyyənləşdirilməsində stimuldur. Hər dövrün öz tələbi olduğu kimi, hər yeni ilin də qarşıya qoyduğu vəzifələri, çağırışları vardır. İki ildən artıqdır ki, böyük qürur hissi ilə tarixi Zəfərimizdən və onun yaratdığı reallıqlar fonunda ölkəmizin artan siyasi çəkisindən, nüfuzundan bəhs edirik. İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi 2022-ci ildə siyasi müstəvidə daha da möhkəmləndirdik. Məlumdur ki, möhtəşəm Qələbəmizdən sonra Azərbaycan Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini etdi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılmasına xidmət edəcək sülh müqaviləsinin imzalanması istiqamətində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşlərdə əldə edilən razılaşmaların hər biri Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısının xalqa müraciətində vurğuladığı kimi, 2022-ci ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov AZƏRTAC-a açıqlamasında bildirib.

Azərbaycanın iqtisadi, siyasi, diplomatik, hərbi uğurlarının göz qabağında olduğunu vurğulayan deputat deyib: “Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. 2022-ci ilin sosial-iqtisadi göstəriciləri uğurlu siyasətin və islahatların aydın mənzərəsini yaradır. Belə ki, iqtisadiyyat təqribən 5 faiz, qeyri-neft sektoru 9 faizdən çox artıb. Ümumi daxili məhsul ötən il rekord həddə - 130 milyard manata çatıb. Prezident İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırdı ki, ənənəvi olaraq regional inkişaf proqramı ilə ciddi məşğul olunub. 2022-ci ildə dövlətimizin başçısının regionlara 30 səfəri olub ki, bunların 21-i işğaldan azad edilmiş ərazilərimizədir. Hər bir səfər mühüm əhəmiyyət kəsb edən sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Azad edilmiş şəhərlərimizin, kəndlərin Baş planları hazırlanır. Bütün işlər məhz bu plan əsasında görülür. Böyük Qayıdışı daha da sürətləndirmək, bütün işləri vaxtında, eyni zamanda, yüksək keyfiyyətlə görmək əsas hədəflər sırasındadır. Prezident İlham Əliyev bərpa-quruculuq işlərinə başlandığı gündən böyük inamla qeyd edirdi: Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”.

İki ildən artıq dövrdə görülən işlərin miqyasının bu inamın təsdiqi olduğunu söyləyən Malik Həsənov diqqəti əldə edilən nəticələrin xronologiyasına yönəldib: “Ağalı kəndində həyat artıq bərpa edilib. Birinci layihə icra edilib və zəngilanlılar öz doğma torpaqlarına qayıdıblar. Avqustun 26-da, nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl Laçın şəhəri azad edildi. Eyni zamanda, Laçın rayonunun Zabux və Sus kəndlərinə də qayıtdıq. Artıq Laçın şəhərində genişmiqyaslı quruculuq-bərpa işləri aparılır. Cari ilin hədəfləri sırasında laçınlıların Laçına qayıtması xüsusi yer tutur. Ümumilikdə Böyük Qayıdış proqramında bütün planlar öz əksini tapıb. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, yüz minlərlə keçmiş məcburi köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq”.

Deputat bir mühüm məqamı da xüsusi qeyd edib: “Hər yeni ilin özəlliyi özündə mühüm məqamları ehtiva etməsidir. Belə ki, Prezident İlham Əliyevin sərəncamları hər il ölkəmizin hərtərəfli inkişafına xidmət edən konkret sahələrin adı ilə bağlı olur, həmçinin tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza bağlılığımızı əks etdirir, ən əsası Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Heydər Əliyev siyasətinin təbliğinə, qalib ölkəmizin qarşısında dayanan möhtəşəm uğurların təqdimatına yönəlir. 2022-ci il “Şuşa İli”, 2023-cü il isə “Heydər Əliyev İli” elan edildi. Şuşanın 270 illiyi çox geniş və böyük təntənə ilə qeyd edildi. Bu il isə Ulu Öndərin 100 illik yubileyini qeyd edəcəyik. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, Ümummilli Liderin yolu ilə gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr bu yolun təməlində dayanıb”.

“Azərbaycanın hər ili öz tarixinə uğurlu səhifə kimi yazması qaçılmazdır. Heydər Əliyev yolu ölkəmizi gələcəyə daha böyük inamla aparır. Otuz illik işğala 44 gündə son qoyan Azərbaycan tarixi Zəfəri ilə malik olduğu bütün imkanları dünyaya təqdim etdi. Bu gün isə şanlı Qələbəmiz Qarabağı və Şərqi Zəngəzuru daha möhtəşəm görmək üçün müasir tələblər əsasında bərpa-quruculuq işlərinin miqyasını genişləndirməyə, Böyük Qayıdışı tam şəkildə reallaşdırmağa çağırış edir. Birliyimiz, həmrəyliyimiz sayəsində bu hədəfə də tezliklə nail olacağıq”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub