Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük qəhrəmanların oxşar hekayələri - Talassemiya Mərkəzindən REPORTAJ VİDEO

Talassemiyaya qarşı mübarizədə yeni mərhələ başlayıb

Bakı, 5 sentyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycanda səhiyyənin ən mühüm istiqamətlərindən biri genetik qan xəstəlikləri ilə mübarizədir. Bu sırada ən çox rast gəlinən xəstəliklərdən biri də talassemiyadır. Dünyada “Aralıq dənizi anemiyası” adı ilə tanınan bu xəstəlik irsi xarakter daşıyır və qohum nikahlarının çox olduğu ölkələrdə geniş yayılıb. Azərbaycan xəstəliyin qarşısının alınması üçün dövlət səviyyəsində kompleks tədbirlər görən ölkələrdən biridir.

AZƏRTAC ölkəmizdə talassemiya ilə mübarizə sahəsində görülən işlər və hədəflərlə bağlı Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzindən reportaj hazırlayıb.

Həyatla mübarizə və gələcəyə ümid

Mərkəzə daxil olanda burada onlarla insana qan köçürülməsinin şahidi olduq. Bu proses xəstələr üçün, sadəcə, tibbi prosedur deyil, həm də onların ömürlərini uzatmaq, ailələrinə ümid verməkdir.

Birinci otaqda xəstələr sakitcə oturub, qollarına taxılan aparatdan gözlərini ayırmırdılar. Aparatın səsi isə sanki ürək döyüntüsü kimi eşidilir, onlar üçün hər damcı qan həyat deməkdir.

Burada hər otaqda bir hekayə yaranır. Bu hekayələrin əsas obrazları isə, sözün əsl mənasında, həyatla mübarizə aparan böyük qəhrəmanlardır. Onların hər baxışında həm mübarizə, həm də ümid var. Hər bir xəstə ilə söhbət edəndə onların gündəlik mübarizəsini hiss etmək mümkündür.

Mərkəzə müraciət edən xəstələr və onların ailə üzvləri bu mübarizənin ən çətin, eyni zamanda, ümidverici tərəfini yaşayırlar. Həkimlər isə yorulmadan xəstələrin həyatlarını xilas etmək üçün çalışırlar. Bu məkanda hər transfusiya və laboratoriya testinin arxasında bir insan taleyi dayanır. 2012-ci ildən oğlu Cavidanı Talassemiya Mərkəzinə gətirən Vüsal Bəşirov deyir: “Ayda 2-3 dəfə bura gəlirik. Diaqnoz qoyulana qədər xəstəlik barədə məlumatım yox idi. İndi başa düşürəm ki, valideynlər övladlarını ildə ən azı bir dəfə müayinədən keçirməlidirlər. Erkən diaqnostika həyat qurtarır”.

Talassemiya sahəsində dönüş və xidmət

Mərkəzdə müşahidələr apardıqdan sonra baş həkim Səhər İsmayılova ilə söhbətləşirik. O xatırladır ki, Azərbaycanda bu sahədə dönüş nöqtəsi 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramının başlanması ilə olub: “2009-cu ildə Talassemiya Mərkəzi istifadəyə verildi və həmin gündən etibarən dövlət proqramları çərçivəsində xəstələrə həm tibbi yardım göstərilir, həm də profilaktik tədbirlər həyata keçirilir. Təəssüf ki, talassemiya xəstəliyi digər ölkələrdə olduğu kimi Azərbaycanda da kifayət qədər statistik göstəriciyə sahibdir. Məhz bu səbəbdən dövlət tərəfindən talassemiya ilə müalicə istiqamətində ciddi tədbirlər görülür”.

Səhər İsmayılovanın sözlərinə görə, mərkəzin əsas məqsədi xəstələrin həyat keyfiyyətini yüksəltmək, müalicəni əlçatan etmək və yeni doğulan uşaqlarda xəstəliyin qarşısını almaqdır. Talassemiya xroniki xəstəlik olduğu üçün pasiyentlər mütəmadi olaraq müalicəyə gəlirlər. Gün ərzində mərkəzə təxminən 200-dən çox xəstə müraciət edir, onların 100-150 nəfərinə isə qan köçürülür. Qanköçürmə prosedurundan sonra yaranan ən əsas fəsadlardan biri isə dəmir yüklənməsidir. “Hər dəfə köçürülən qan müxtəlif orqanlarda dəmir yüklənməsinə səbəb olur. Bu fəsadları aradan qaldırmaq üçün xüsusi müalicə üsullarımız var. Dəmirin bədəndən qovulması üçün xelator terapiya dediyimiz müalicə metodu mövcuddur. Həmçinin xəstələr dövlət proqramı çərçivəsində ödənişsiz dərman preparatları ilə də təmin edilirlər. Bəzən xəstələrdə ağırlaşma halları müşahidə olunur. Bu zaman onlar mərkəzin stasionar bölməsinə yerləşdirilirlər. Talassemiya Mərkəzində hər bölmənin işi planlaşdırılmış şəkildə davam edir. İlk dəfə buraya gələn xəstə poliklinik bölməyə müraciət edir. Burada həkim tərəfindən müayinə olunduqdan sonra laborator, funksional və digər müayinələrdən keçirlər. Bundan sonra hematransfuziyaya ehtiyacı olan xəstələr transfuziya zalımızda hematransfuzion xidməti alırlar”, - deyə baş həkim əlavə edib.

Uğurlu əməliyyatlar, həyat bəxş edən donorlar

Mərkəzin Transplantasiya şöbəsinin müdiri, transplantasiya üzrə baş ekspert Nərgiz Əliyeva isə bildirir ki, bu xəstəliyin müalicəsində ən təsirli üsul sümük iliyi transplantasiyasıdır. Azərbaycanda bu əməliyyatlar 2014-cü ildən etibarən həyata keçirilir. Burada indiyə qədər 240-a yaxın əməliyyat uğurla icra edilib. Pasiyent nə qədər gənc olarsa, sümük iliyi transplantasiyası ona bir o qədər uğurlu və effektiv təsir göstərir. Ancaq buradakı ən önəmli məsələlərdən biri uyğun donorun tapılmasıdır: “Bacı-qardaş arasında uyğunluq 30 faiz hallarda təsadüf edir. 2023-cü ildən etibarən burada uyğun donoru tapılmayan pasiyentlər dövlət dəstəyi ilə transplantasiyanın təkmilləşdirmə proqramı çərçivəsində Türkiyəyə göndərilir və orada əməliyyat olunurlar”.

Nərgiz Əliyevanın ən unudulmaz xatirəsi isə 9 aylıq körpənin donor olması ilə bağlıdır: “Bu sahədə çalışdığım 11 il ərzində unuda bilmədiyim xatirələr çoxdur. Ən yaddaqalan isə 9 aylıq donorumuz idi. Dünya praktikasında hətta 6 aylıq körpə də donor ola bilir. Çünki bu əməliyyat donor üçün heç bir təhlükə yaratmır. Qeyd edim ki, 9 aylıq donor körpədən alınan ilik sayəsində artıq xəstəmiz normaldır və donorumuz məktəbə gedir. Yəni donor üçün heç bir təhlükə yaratmayan bu əməliyyat xəstə üçün yeni həyata bərabərdir”.

Erkən diaqnostika və faydalı məsləhət

Mərkəzdə məlumat verilir ki, talassemiya ilə mübarizənin mühüm istiqamətlərindən biri daşıyıcıların aşkarlanmasıdır. 2015-ci ildən etibarən bütün yeni evlənən cütlüklər talassemiya üçün məcburi müayinədən keçirilir. Hər il 120 min nəfər yoxlanılır və onların 4 faizində daşıyıcılıq müəyyən olunur. Əgər iki daşıyıcı bir-biri ilə evlənərsə, doğulacaq uşağın talassemiya xəstəsi olma ehtimalı 25 faizdir. Bu səbəbdən həmin cütlüklər xüsusi nəzarətə götürülür, onlarla genetik konsultasiyalar keçirilir və prenatal diaqnostika aparılır.

Səhər İsmayılova deyir ki, keçən il 85 talassemiya daşıyıcısı hamilə qadında prenatal müayinələr aparılıb, onlardan 22-də xəstə döl aşkar edilib. “Erkən diaqnostika ailəyə vaxtında düzgün qərar verməyə imkan yaradır. Təəssüf ki, yeni doğulmuş uşaqlar arasında talassemiya diaqnozu qoyulma halları da mövcuddur. Ancaq əvvəlki illərlə müqayisədə bu rəqəmdə ciddi azalma müşahidə edilir. Tədbirlərimizin məqsədi bu rəqəmləri sıfıra endirməkdir. Bildiyiniz kimi, ölkəmizdə bu ildən etibarən qohumlararası nikahlar qadağan olunub və düşünürəm ki, bundan sonra irsi genetik xəstəliklərin sayı azalacaq”.

Beynəlxalq əməkdaşlıq, gələcək planlar və qayğıkeş həkimlər

Talassemiya Mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı məlum olur ki, mərkəz tez-tez beynəlxalq konfranslara ev sahibliyi edir, xarici ölkələrdən mütəxəssislər dəvət olunur, yerli həkimlər isə təcrübə mübadiləsi üçün xaricə göndərilirlər. Məqsəd ən yeni müalicə üsullarını Azərbaycanda tətbiq etməkdir. Bundan əlavə, bölgələrdə fəaliyyət göstərən filialların işinin gücləndirilməsi üçün “teletibb” layihəsi üzərində iş gedir. Bu layihə çərçivəsində paytaxtdakı mütəxəssislər regionlardakı həkimlərə onlayn məsləhət verə biləcəklər. Hazırda Talassemiya Mərkəzində 3 mindən çox pasiyent qeydiyyatdadır. Son illərdə yeni doğulan uşaqlarda talassemiya hallarının azalması görülən tədbirlərin real nəticəsidir.

Səhər İsmayılova mərkəzin gələcək planları ilə bağlı da məlumat verir. O bildirir ki, hazırda digər mərkəzlərdə də sümük iliyi transplantasiyası sahəsində işlər gedir və yaxın gələcəkdə yeni mərkəzlərin açılması gözlənilir: “İşin keyfiyyətini artırmaq üçün bölgələrdəki mərkəzlərin işinin daha da təkmilləşdirməsini planlaşdırırıq. Respublikanın 8 bölgəsində Talassemiya Mərkəzinin filialları mövcuddur. Bir qrup xəstələrimiz bölgələrdəki mərkəzlərdə müalicə alır, dərman preparatları ilə təmin olunurlar. Bizim əsas məqsədimiz ölkədə bu xəstəliyin qarşısını tamamilə almaqdır. Hər bir körpə sağlam doğulsun, hər bir ailə ümidlə yaşasın”.

Baş həkim onu da deyir ki, mərkəzin həkimləri pasiyentlərə doğmaları, yaxınları kimi yanaşırlar: “Həkimlərimiz pasiyentlərlə doğmalaşıblar. Onlar illərdir eyni xəstələri müayinə və müalicə edirlər. Xəstəlik xroniki olduğu üçün onların vəziyyətini nəzərə alırıq, xəstələrə daha mülayim və mehriban formada yaxınlaşırıq”.

Mərkəzdə olarkən məlumat aldıq ki, orada müalicə alaraq sağalan pasiyentlərdən biri öz istəyi ilə burada tibb işçisi kimi fəaliyyət göstərməyə başlayıb. Bu da xəstələrlə həkimlər arasında yaranan doğmalığın bariz nümunəsidir.

Talassemiya Mərkəzindən belə bir təəssüratla ayrıldıq ki, burada hər damcı qan, hər bir həkimin gülümsəməsi xəstələrin həyatlarının davam etməsi üçün böyük məna daşıyır. Burada hər gün mübarizə, dözüm və ümid arasında balans qurulur. Mərkəz yalnız xəstəxana deyil, həm də insanın gücünün, ümidinin heç vaxt tükənmədiyini göstərən bir məkandır...

Böyük qəhrəmanların oxşar hekayələri - Talassemiya Mərkəzindən REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO