Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada keçiriləcək parad təxirə salınmayıb
Moskva, 1 aprel, AZƏRTAC
Böyük Vətən müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da Moskvada keçiriləcək paradın təxirə salınmasına dair hələlik heç bir qərar qəbul edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, koronovirusun yayılması ilə əlaqədar Qələbə paradının keçirilməsi planına heç bir dəyişiklik edilməyib. D.Peskov əlavə edib ki, eyni zamanda, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [11:13]
TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil
- 14.10.2026 [10:39]
Ötən gün 73 cinayətin açılması təmin olunub
- 14.10.2026 [10:03]
Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək
- 14.10.2026 [09:57]