Böyükşor-Pirşağı yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı, 29 iyul, AZƏRTAC
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 6,5-ci kilometrlik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, avqustun 1-i saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]