BP-AZƏRBAYCAN ŞİRKƏTİNİN PREZİDENTİ BÖYÜK BRİTANİYANIN YENİ İL FƏXRİ SİYAHISINA DÜŞMÜŞDÜR
1818-ci ildə təsis olunmuş bu mükafata xaricdə çalışan Böyük Britaniya vətəndaşları “müstəsna və mühüm xidmətlərinə” görə layiq görülürlər. Bu, Devid Vudvordun son yeddi il ərzində bp-nin Azərbaycandakı fəaliyyətinə rəhbərliyi dövründə qazandığı nailiyyətlərə verilən yüksək qiymətdir.
Devid Vudvord bu mükafata layiq görülməsindən fəxr və qürur hissi keçirdiyini bildirərək demişdir ki, Azərbaycanın neft və qaz layihələrinin həyata keçirilməsi məqsədi ilə yerli hökumətlə birlikdə, tərəfdaş neft şirkətləri və podratçılarla çiyin-çiyinə çalışmaq böyük şərəfdir. bp şirkətinin rəhbəri əlavə etmişdir ki, neft gəlirlərinin idarə olunması və Böyük Britaniyanın Mədən Sənayelərində Şəffaflıq Təşəbbüsünə birinci qoşulan Azərbaycan hökumətinin səylərinə, eləcə də Böyük Britaniya ilə Azərbaycan arasında möhkəm əlaqələrin inkişafına dəstək olduğuna görə özünü xoşbəxt sayır.
Xatırladaq ki, Devid Vudvord 1999-cu ilin yanvarında bp-Azərbaycan şirkətinin prezidenti təyin olunmuşdur.
O, 1970-ci ildən bp-də işləməyə başlamış və Londonda, Aberdində, Abu Dabidə, Norveçdə, Alyaskada və Rusiyada mühəndis, əməliyyatlar üzrə işlərdə və müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2003-cü ildə Gürcüstanın “Şərəf”, 2004-cü ildə Azərbaycanın “Şöhrət” ordenləri ilə təltif edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]