Azərbaycan Dövlət İnformasiya Agentliyi

BP-nin vitse-prezidenti şirkətdəki ixtisarların Azərbaycana təsirindən və gələcək planlardan danışıb

BP-nin vitse-prezidenti şirkətdəki ixtisarların Azərbaycana təsirindən və gələcək planlardan danışıb

Bakı, 18 iyun, Nihad Budaqov, AZƏRTAC 

BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-ın suallarını cavblandırıb. Müsahibəni təqdim edirik.

- Bəxtiyar müəllim, ilk öncə BP-də xeyli iş yerinin itiriləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirməyinizi xahiş edirik. Buna hansı proseslərin səbəb olduğunu ehtimal etmək çətin olmasa da, məsələni sizdən eşitmək istərdik.

- Ötən həftə (iyunun 8-də) BP qrupu, yəni BP-nin baş ofisi səviyyəsində şirkətin yenidən qurulması üçün atılacaq addımlar elan olundu. Şirkətin yenidən qurulması çox ciddi bir qərardır və bununla bağlı çox ciddi dəyişikliklərin olacağı hələ fevral ayında bildirilmişdi. Hələ o vaxt elan etmişdik ki, qarşıda duran ikili vəzifəyə - bir tərəfdən dünyanın enerjiyə artmaqda olan tələbatına və digər tərəfdən də yeni daha təmiz enerjiyə olan tələbinə cavab vermək üçün dəyişməliyik. Sonra isə pandemiya və mövcud iqtisadi vəziyyətlə bağlı dünyada yaranmış gözlənilməz və qeyri-adi şərait başlandı və bu da şirkətin yenidən qurulması prosesini tezləşdirmiş oldu.

Yəni bu dəyişiklik qərarının arxasında bir-biri ilə bağlı iki amil dayanır:

• dünyanın aşağı karbonlu enerjiyə olan tələbinə uyğun olaraq bizim bir şirkət kimi qarşıya qoyduğumuz məqsəd və hədəflərə çatmaq uçun BP-ni yenidən quraraq daha məqsədyönlü və daha möhkəm inteqrasiya olunmuş bir təşkilata çevirmək, yəni daha sadə, daha çevik və daha kiçik olmaq planı

• hazırkı iqtisadi vəziyyət - pandemiya və ondan irəli gələn iqtisadi fəsadlar.

- Yenidən qurulma deyəndə nə nəzərdə tutulur?

- Əslində buraya bir çox tədbirlər daxildir. Onların nəticəsində, əvvəl dediyim kimi, şirkət daha yığcam, az pilləli, çevik, sürətlə hərəkət edən, hadisələri və tələbləri qabaqlayan, rəqabətqabiliyyətli bir təşkilata çevrilməlidir. Yalnız belə bir təşkilat insanların az karbonlu enerji tələbinin ödənilməsinə və planetin təmiz gələcəyinə ciddi dəstək verə bilər.

Bunun üçün atılacaq addımlar çoxdur və bu addımlara digər tədbirlərlə yanaşı, BP-də dünya miqyasında ümumilikdə 10 min iş yerinin bağlanması daxildir. Bu da ümumi iş yerlərinin 14 faizidir, hazırda dünya üzrə BP-də təqribən 70 min işçi var.

- Azərbaycan üçün bu nə deməkdir?

- Bu qərarın elan olunması hələ prosesin başlanğıcıdır. BP-nin Azərbaycan ofisində bu qərarla bağlı məsələlərə hələ baxılmalı və müzakirə olunmalıdır. İş yerlərinin azaldılması əsasən mərkəzdən başlayır. Digər biznes ərazilərimizə və regionlara olacaq təsir dəqiqliklə işlənəcək və aydınlaşdırılacaq.

Hazırda bir şey məlumdur ki, Azərbaycanda olacaq dəyişiklik haqda razılaşdırılmış, xüsusilə də hökumətlə razılaşdırılmış bir qərar olması yönümündə işləyəcəyik və daha dəqiq məlumat olanda onu açıqlayacağıq.

- Bu qərar və bununla bağlı görüləcək tədbirlər aşağı karbonlu enerji istehsalı hədəfləriniz və məqsədləriniz - bütün bunlar sizin Azərbaycandakı biznesinizin kiçilməsinə gətirib çıxarmayacaqmı?

- Qətiyyən yox. Ondan başlamaq istərdim ki, hazırkı çətin iqtisadi mühitin təsirlərinə baxmayaraq, BP Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə bütün işlərini davam etdirir və bundan sonra da davam etdirəcək. Biz Azərbaycanın uzun müddətli və etibarlı tərəfdaşı kimi bu layihələrə çox böyük önəm veririk.

Azərbaycanla bağlı çox ciddi öhdəliklərimiz və planlarımız var, hələ bir neçə onilliklər ərzində bu ölkəyə sərmayə qoymaq və biznesimizi genişləndirmək niyyətindəyik. Ən azı növbəti 30 il ərzində biz Azərbaycanla birlikdə olacaq və bu ölkənin, onun hökumətinin və regionun aşağı karbonlu enerji gələcəyinə və belə bir gələcək qurmaq səylərinə dəstək verəcəyik.

- Hazırda şirkətdə hansı işlər görülür və nə planlarınız var?

- Bu sualınızın cavabını, icazənizlə COVID-19 pandemiyası ilə bağlı əməliyyatlarımızın üzləşdiyi çətinliklərlə başlamaq istərdim və ilk öncə də belə çətin şəraitdə gecə-gündüz bilmədən, uzadılmış növbəli iş rejiminə görə həmişə olduğundan daha uzun müddətə dənizdə və qurudakı iş sahələrində - yəni ailələrindən uzaqda, iş sahəsinə getməzdən öncə 7-14 gün karantin rejimində olmaqla və iş yerində də ciddi sağlamlıq təhlükəsizliyi qaydalarına və sosial məsafə qadağalarına əməl etməklə neft-qaz hasilatını və bazara ixracını bir gün belə dayandırmayan məsuliyyətli və fədakar işçilərimizə təşəkkür etmək istərdim.

Çətinliklər bununla bitmir. Sərhədlər bağlı olduğundan çox vacib əməliyyatlarımızın icrası ilə məşğul olan bəzi əcnəbi işçilərimizin və podratçılarımızın ölkəyə giriş-çıxışı, onlar üçün çarter reyslərin təşkili, icazələr və vizalar, ölkəyə daxil olduqdan sonra karantin müddəti üçün xüsusi yerlərin ayrılması, əməliyyatlarımız üçün təxirəsalınmaz olan avadanlıq və materialların gətirilməsi, bir sözlə pandemiyanın yaratdığı belə çətin vaxtlarda bizim heç vaxt təklikdə öhdəsindən gələ bilməyəcəyimiz saysız hesabsız işlərdə bizə sözün əsl mənasında operativ dəstək verən ölkə rəhbərliyinə, Nazirlər Kabineti yanındakı Operativ Qərargaha, bütün hökumət qurumlarına, müvafiq səfirliklərə və digər təşkilatlara dərin minnətdarlığımızı bildiririk. Bu dəstək və yaxından kömək olmasaydı, biz heç vaxt dünyanın belə qeyri-adi durumunda hasilat və ixrac əməliyyatlarımızı fasiləsiz və səmərəli davam etdirə bilməzdik. Neft və qazın fasiləsiz hasilatının və ixracının isə belə bir dönəmdə həm ölkə, həm də region üçün nə demək olduğunu hamımız çox gözəl bilirik.

Sonda hasilat və ixracla yanaşı, apardığımız digər mühüm işlərimizi və planlarımızı belə ümumiləşdirmək istərdim:

• “Şəfəq-Asiman” blokunda qazmaqda olduğumuz ilk qeoloji-kəşfiyyat quyusunu bu ilin sonuna qədər qazıb bitirmək niyyətindəyik.

• Dayazsulu Abşeronda ilk quyunu qazacaq qazma qurğusunda yenidənqurma işləri başa çatan kimi quyunu qazmağa başlayacağıq. Ümid edirik ki, bu da cari ilin sonuna qədər mümkün ola biləcək.

• “D230” blokunda 3 ölçülü seysmik tədqiqat proqramını bu ilin əvvəllərində tamamladıq və hazırda əldə olunmuş məlumatların emalını və interpretasiyasını Hyustondakı super kompüterimizlə aparmaqla bu təhlilləri sürətləndirmək niyyətindəyik.

• “Azəri-Çıraq-Günəşli”nin yeni platforması olan ACE-in (“Azəri Mərkəzi Şərqi”) tikintisini davam etdiririk. Baxmayaraq ki, pandemiyanın təsirləri tikinti işlərimizdən yan keçməyib, amma hələ də planımız bu platformadan ilk nefti 2023-cü ildə əldə etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Beynəlxalq səyyahlar Şuşada

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq