“Braqa” Bakıya uğursuz statistika ilə gəlir
Bakı, 20 fevral, AZƏRTAC
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq Portuqaliyanın “Braqa” klubu Bakıya uğursuz statistika ilə gəlir.
AZƏRTAC xəbər verir ki, Braqa təmsilçisi indiyədək avrokuboklarda iki və ya daha çox top fərqi ilə məğlub olduğu ilk oyunlardan sonra heç vaxt mərhələ adlaya bilməyib.
Artur Jorjenin baş məşqçisi olduğu komanda ümumilikdə 12 dəfə bu halla üzləşib. Bunların beşi “Braqa”nın ilk oyunu evdə keçirdiyi duellərə təsadüf edib. Onlar bu qarşılaşmaların yalnız birində məğlub olmayıblar. Amma həmin nəticə də komandanı növbəti raunda daşımağa kömək etməyib.
Bu isə o deməkdir ki, Portuqaliya təmsilçisi Bakıda mərhələni adlamaqla həm də uğursuz seriyaya son qoya bilər.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]