“Braqa”nın baş məşqçisi: Bizi “Qarabağ”la çox vacib və çətin oyun gözləyir
Bakı, 12 fevral, AZƏRTAC
“Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Başımızı dik tutmalıyıq. İndi təəssüflənmək vaxtı deyil”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXI turunda səfərdə “Sportinq”ə 0:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis bildirib ki, artıq UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyuna köklənmək lazımdır: “Çox çətin qarşılaşma olacaq. Ona görə də “Sportinq”lə matçı unutmalı, səhvlərdən nəticə çıxarmalı və irəliyə baxmalıyıq”.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]