“Braqa”nın “Qarabağ”la cavab oyunu üçün Bakıya gətirəcəyi heyət bəlli olub
Bakı, 20 fevral, AZƏRTAC
Portuqaliyanın “Braqa” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün heyəti məlum olub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Braqa şəhərinin eyniadlı təmsilçisi Bakıya 23 futbolçu ilə səfər edəcək. İlk oyunda zədə səbəbindən meydanda olmayan Brumanın adı siyahıya salınıb.
Komandanın kapitanı Rikardu Ortanın isə ikinci görüşdə də iştirak etməyəcəyi dəqiqləşib.
Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek
Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendes, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa
Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare
Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rojer Fernandeş, Simon Banza.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesablı qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]