“Braqa”nın “Qarabağ”la oyun üçün mümkün start heyəti bəlli olub
Bakı, 14 fevral , AZƏRTAC
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Qarabağ”ı qəbul edəcək “Braqa”nın ehtimal olunan start heyəti açıqlanıb.
AZƏRTAC Portuqaliya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Artur Jorje qapıda Mateusa şans verəcəyi gözlənilir.
Müdafiədə Viktor Qomes, Joze Fonte, Siku Niakate və Kristian Borxa, yarımmüdafiə xəttində Rodriqo Salasar, Joau Moutinyu, Pitsi və Şer Ndurun yer alacağı ehtimal edilir.
Hücumda isə Alvaro Calo, Rikardu Orta və Abel Ruis braqalıların əsas qol ümidi olacaqlar.
Komandanın yarımmüdafiəçisi Bruma və sol cinah müdafiəçisi Adrian Marin isə zədə səbəbindən görüşü buraxacaqlar.
Qeyd edək ki, fevralın 15-də “Munisipal” stadionunda keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]