Braziliya Prezidenti xəstəxanaya yerləşdirilib
Bakı, 14 iyul, AZƏRTAC
Braziliya Prezidenti Jair Bolsanuru bu gün səhər saatlarında hərbi hospitala yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Globo teleradio şəbəkəsi Prezident dəftərxanasına istinadla məlumat yayıb. Məlumata görə, səhər yuxudan oyanan Jair Bolsanuru qarın nahiyəsində ağrılardan şikayətlənib. Həmçinin bildirilir ki, Prezidentin çərşənbə gününə nəzərdə tutulan bütün görüşləri ləğv olunub, müayinə bir-iki sutka çəkəcək. Bolsanuru bu gün konqresmenlərlə görüşməli idi.
Jair Bolsanurunun səhhəti ilə bağlı problemlər hələ seçkiqabağı kampaniya zamanı başlayıb. 2018-ci ilin payızında tərəfdarları qarşısında çıxışının gedişində naməlum şəxs ona hücum edərək, qarnına bıçaq soxub. O vaxt Bolsanuru bir-birinin ardınca dörd dəfə əməliyyat olunub. Bundan sonra da o, dəfələrlə xəstəxanada yatıb.
Ötən ilin iyulunda koronavirusa yoluxan Braziliya Prezidenti üç həftə karantində qalıb. Sentyabrda isə böyrək daşının çıxarılması üçün əməliyyat edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]