Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Brexit”in Qərb siyasətinə təsiri: üç mövqenin əsas cəhətləri

“Brexit”in Qərb siyasətinə təsiri: üç mövqenin əsas cəhətləri

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi barədə qərarını Qərb analitikləri intensiv surətdə analiz edirlər. Son aylarda ABŞ və Avropanın “beyin mərkəzləri”nin əməkdaşları bu məsələyə ciddi önəm veriblər. Onlar müxtəlif aspektlərdə problemi təhlil edir və müvafiq proqnozlar verirlər. Biz onların sırasından maraqlı hesab etdiyimiz üç mövqeni seçib, təhlil etməyə çalışmışıq. Hətta qısa analizlər belə göstərir ki, “Brexit” sözün həqiqi mənasında Qərb siyasi mühitini qarışdırıb. Analitiklər Avropa siyasi şüurunun bir çox özəlliklərini önə çıxarırlar. Məlum olur ki, “Brexit” dərin siyasi-ideoloji və geosiyasi proseslərin birbaşa nəticəsi imiş. Bu prosesdə bütövlükdə Avropa siyasətinin qüsurları öz ifadəsini tapıb. “Brexit”ə bu prizmadan nəzər salmış olsaq, onda kifayət qədər maraqlı və düşündürücü məqamları görə bilərik.

“Anti-siyasətin yüksəlişi və populizm”: “Brexit”ə daxildən baxış

Qərb ekspert-analitik mərkəzləri “Brexit”in Avropa İttifaqının (Aİ) siyasi gələcəyinə mümkün təsirlərini təhlil etməkdədirlər. Bu istiqamətdə tədqiqatlar nəinki səngimir, hətta yeni dinamika alır. Mütəxəssislər bu olayın ümumilikdə Avropa üçün nə kimi yeni geosiyasi, hərbi və iqtisadi faktorları önə çəkəcəyi barədə proqnozlarını verirlər. Bu mövzuda “beyin mərkəzləri”nin son dövrlərdə apardıqları analizlərə təhlili yanaşdıqda, “Brexit”lə bağlı maraq doğuran geosiyasi özəllikləri görmək olar.

Onların sırasından üç maraqlı mövqeni vurğulamaq olar. Birincisinə görə, “Brexit” özlüyündə siyasi fakt olaraq “populizmin və anti-siyasətin yüksəlişinin klassik nümunəsidir” (bax: məs., Ben Wellings, Annmarie Elijah, Emma Vines. Why De Gaulle would applaud Brexit / Australian Institute of International Affairs, 30 iyun 2016). Burada Böyük Britaniya ictimaiyyətinin Aİ-nin sıralarını tərk etmək qərarının sıx bağlı olduğu uzun illər həyata keçirilən siyasətin səmərəsizliyinin dərin köklərinin mövcudluğu ifadə edilib. Bir sözlə, həmin qərar bu günün hadisəsi deyil. Avropa siyasəti məzmunca getdikcə daha populist olur, əhalinin başlıca tələblərini yerinə yetirə bilmir. Siyasi təsisatlar insanların əhvali-ruhiyyəsini tuta bilmir.

Müəlliflərin fikrincə, məsələnin mühüm aspekti ikipartiyalı sistemin zamanın şərtlərinə uyğun siyasi mübarizə aparmaq potensialının azalmasından ibarətdir. Faktiki surətdə ikipartiyalı sistem peşəkar səviyyədə bu mənfi tendensiyanın qarşısını ala bilən mövqe nümayiş etdirmir. Əgər İngiltərə siyasi isteblişmenti və parlamenti reallığa uyğun kurs həyata keçirsəydi, “Brexit”ə ehtiyac qalmazdı. Bu mənada “Brexit”in səbəbi yaranmış situasiyadan dərin narazılığı ifadə edir. Söhbət britaniyalıların siyasi ehtiyaclarının peşəkar səviyyədə ödənilməməsindən gedir.

Məsələnin başqa tərəfi Brüsselin siyasi fəaliyyətinin yetərincə səmərəli olmamasına və müasir tələblərə uyğun gəlməməsinə bağlıdır. Aİ daxilində sosial-psixoloji əhvali-ruhiyyənin nəbzini uzun müddət düzgün hiss edə bilməyiblər. Belə çıxır ki, “Brexit”, əslində, Qərb siyasətinin zəif aspektlərini üzə çıxarıb. Bu cür vəziyyət müəyyən mənada təşkilat daxilində siyasi-ideoloji qeyri-müəyyənliyin varlığını təsdiqləməkdədir.

Onda reallıqda proseslərin “Brexit”lə bitmədiyi, əksinə, daha vacib hadisələrin başladığını demək olar. Avstraliyalı müəlliflərin mövqelərinin ən maraqlı aspekti bundan ibarətdir. Çünki əgər başqa dövlətlər həm Böyük Britaniya, həm də Aİ ilə münasibətləri bu məqamı diqqətə alaraq quracaqlarsa, həqiqi mənada geosiyasi mühitdə əhəmiyyətli dəyişikliklər baş verə bilər.

Geriyə dönüş: Qordonun tərs sualı

Maraq doğuran ikinci mövqe “Council on Foreign Relations” (Beynəlxalq Münasibətlər Şurası) adlı tədqiqat təşkilatının eksperti Filip Qordon tərəfindən ifadə olunub. O, “Brexit”i fərqli müstəvidən təhlil edir. F.Qordon “Britaniya Aİ-də necə qalacaq?” sualını qoyur (bax: Philip Gordon. How Britain Stays in the EU / “Politico Magazine”, 30 iyun 2016).

Müəllif hesab edir ki, səsvermənin nəticəsi hələlik “Brexit”in dönməz proses olması demək deyil. Britaniya cəmiyyəti müəyyən məqamda mövqeyini dəyişə bilər. Bu, ölkənin Aİ-dən çıxması ilə bağlı iki il müddətində aparılacaq danışıqlar zamanı aydın ola bilər. Mümkündür ki, britaniyalılar təşkilatdan çıxmaqla hansı problemlərlə üzləşəcəklərini anladıqdan sonra Devid Kemeronun 2016-cı ilin fevralında qoyduğu şərtlər daxilində Avropa İttifaqında qalmağa üstünlük versinlər. Məhz onda ingilislər “həqiqi mənada “Brexit” nə deməkdir?” sualına cavab verə bilərlər (bax: əvvəlki mənbəyə).

F.Qordona görə, bu səbəbdən “Brexit” “qeyri-müəyyənliklər içində batır” (bax: əvvəlki mənbəyə). O, süründürməçi xarakter alıb, uzun müddət davam etsə, yuxarıda qaldırılmış “Britaniya Aİ-də necə qalacaq?” sualı mütləq meydana çıxarılacaq. Buna Brüsselin hansı reaksiya verəcəyini demək çətindir. Lakin “Brexit”in bu cür qiymətləndirilməsi Avropa siyasi şüurunda onunla bağlı fikirlərin dəyişməkdə olduğunu göstərir.

Maraqlıdır ki, F.Qordon hər bir halda Britaniyanın təşkilatdan çıxmasının süründürməçi və uzunmüddətli proses olacağını düşünür. Burada Fransa, Almaniya və Amerikada hakimiyyətə kimlərin gələcəyinin də təsiri olacaq (bax: əvvəlki mənbəyə).

Güclü faktorlardan biri Britaniyanın yeni şərtlər daxilində Avropa bazarına müdaxiləsi ilə əlaqəlidir. Brüssel London üçün güzəştli şərait yaratmağa elə də maraq göstərmir. Lakin İngiltərə Avropa bazarlarına lazımi səviyyədə daxil ola bilməsə, onun iqtisadi və geosiyasi statusu haqqında birmənalı fikir bildirmək çətin olacaq. Konkret deyilsə, britaniyalıların ümid etdikləri daha yüksək geosiyasi mövqeyə nail olma istəyi qarşısında ciddi əngəllər çıxacaq. Həmin kontekstdə F.Qordon Şotlandiyanın da tutacağı mövqeyə əhəmiyyət verir.

Bunlardan belə nəticə çıxarmaq olar ki, bir sıra Qərb mütəxəssisləri “Brexit”in bütövlükdə Avropa siyasətini qeyri-müəyyənliklərin və risklərin kəsişdiyi bir nöqtəyə apara biləcəyi qənaətindədirlər. Bu, təşkilatın taleyində həlledici seçim anı ola bilər. O cümlədən London yenidən Aİ üzvlüyünə can atar. Heç şübhəsiz, bu variantda Avropa İttifaqının siyasi cəlbediciliyinin artmasına inam ifadə olunmaqdadır.

Bunun reallığa çevrilməsi isə ekspertin vurğuladığı kimi, Britaniya və Aİ-nin xarici siyasətinin kəsişə biləcəyi nöqtədən və strateji seçimdən asılı olacaq. Bu da kifayət qədər mürəkkəb şəraitdə qərar qəbul etmək anlamına gəlir. Bizim diqqət yetirmək istədiyimiz üçüncü mövqe də bu kontekstdə əhəmiyyətli məqamları üzə çıxarır.

Silah ixracatı: “Brexit” Aİ-nin mövqeyini zəiflədirmi?

Üçüncü mövqe Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun silahlara nəzarət proqramının həmdirektoru Mark Bromley tərəfindən irəli sürülüb. O, “Brexit”in Avropa siyasi-hərbi strukturuna silahlara nəzarət və onların ticarəti qaydaları müstəvisində nəzər salır (bax: Mark Bromley. Brexit and export controls: Entering uncharted waters / Stockholm International Peace Research Institute (SIPRI), 1 iyul 2016). Ekspertin fikrincə, Britaniyanın Aİ-ni tərk etməsi beynəlxalq miqyasda silah ixracatına nəzarəti zəiflədəcək. Bu baxımdan Aİ-nin BMT Təhlükəsizlik Şurasında yalnız bir təmsilçisinin (Fransanın) qalması problemin həllinə mənfi təsir göstərəcək. Çünki bütün məsələlərdə olduğu kimi, silah ixracatı kimi vacib məsələdə də BMT TŞ-də Aİ-nin mövqeyini müdafiə etmək çətinləşəcək.

Burada müəllifin üstündən sükutla keçdiyi bir məqam gözə çarpır. Məsələ ondan ibarətdir ki, BMT TŞ-də daimi üzvlər fəaliyyətlərində ədalət və balanslılıq prinsipinə deyil, öz korporativ maraqlarını müdafiə etməyə üstünlük verirlər. Bu halda da qərbli ekspertləri, ümumiyyətlə, silahsızlaşma deyil, Aİ-nin beynəlxalq aləmdə mövqeyinin zəifləməsi ehtimalı narahat edir.

Aİ ölkələrinin silahların ixracatına nəzarəti məsələsi də bu aspektdə nəzərdən keçirilir. O cümlədən Britaniyanın Səudiyyə Ərəbistanına silah satmasına Avropa İttifaqının nəzarət edə bilməməsi daha mürəkkəb vəziyyət yarada bilər. M.Bromley hesab edir ki, Ər-Riyadın yeni təkmil silahlar əldə etməsi Yaxın Şərqdə qüvvələr balansını poza bilər ki, bu da ümumən Qərbin geosiyasi maraqlarına uyğun deyil.

Bunların yekunu olaraq, Aİ-nin silah ixracatına vahid nəzarət sistemi yarada bilməsinə böyük şübhələrlə yanaşılır. Britaniya da öz maraqlarına uyğun hərəkət edərək Brüsselə hansısa hesabat vermək fikrinə düşməyəcək. Londonun bu nümunəsi təşkilatın digər üzvlərini də cəsarətləndirə bilər. Həmin prosesi çox təhlükəli hesab edən ekspert onun bütövlükdə Qərb geosiyasi mühitinə mənfi təsir göstərəcəyini proqnozlaşdırır. Vəziyyət elə həddə çata bilər ki, Aİ-nin özündə təhlükəsizliyin təminində xaotik durum yaranar. Xüsusilə Yaxın Şərq ölkələrinin sürətli silahlandırılması bumeranq effekti verər.

Beləliklə, “Brexit”in bütövlükdə Qərbin geosiyasi vəziyyətinə mümkün təsirləri hələ də analitiklərin maraq dairəsindədir. Son dövrlərdə ekspertlərin apardıqları təhlillər göstərir ki, həmin məsələ ilə bağlı mövqelər fərqlidir. Lakin bədbin tonda fikirlər üstünlük təşkil edir. Əksər mütəxəssislər “Brexit”in Aİ-yə böyük zərər yetirəcəyini, ümumən geosiyasi və hərbi proseslərə Qərb tərəfindən nəzarətin zəifləyəcəyini proqnozlaşdırırlar. Lakin o da maraqlıdır ki, bütün bunların səbəbini ekspertlər daha çox Aİ-nin daxilində gedən siyasi-ideoloji proseslərdə görürlər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Aİ Rusiyaya qarşı ən geniş sanksiya paketini qəbul etdi: 1569 şəxs və qurum hədəfdədir

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək

Alparslan Bayraktar: Enerji təhlükəsizliyi Türkiyənin gündəmində prioritetdir

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir ŞƏRH

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Zaur İbrahimli: Hazırda baş verənlər qanunvericilik çərçivəsində dəyərləndirilməlidir VİDEO

Bakı Mühəndislik Universiteti və “Xsolla Baku” IT sahəsində əməkdaşlıq edəcək

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar

Artritin diaqnostikası və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə 55 ölkədən 100 nəfər seçilib

Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir

Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında “Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş”ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan, Özbəkistan və Qazaxıstanın yaşıl inteqrasiyası Avropanın enerji xəritəsini dəyişir - ŞƏRH

Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub

Nihal Hacıyeva: Vahid məktəbli geyimi şagirdlərdə bərabərlik və məsuliyyət hissini gücləndirir

Babək rayonunda üçəm dünyaya gəlib

Özbəkistan Prezidenti: Yeni Daşkənddə investorlara əlverişli şərait yaradılacaq

Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib

Xalq yazıçısı Kamal Abdullanın “Azərbaycanca danışaq” kitabı Polşada nəşr olunub

Süni intellektin təhlükəsiz və məsuliyyətli idarə olunması üçün 9 əsas istiqamət - ARAŞDIRMA

Maarifçilik ənənələrindən müasir təhsilə: milli kimlik və vahid məktəb mühiti

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şərqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq VİDEO

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq VİDEO

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir VİDEO

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb