Britaniya hökuməti texnologiya və süni intellekt layihələrinə maliyyəni dayandırıb
London, 2 avqust, AZƏRTAC
Britaniyada Leyboristlər hökuməti Mühafizəkarların texnologiya və süni intellekt (AI) layihələri üçün vəd etdiyi 1.3 milyard funt-sterlinq maliyyə vəsaitini dayandırıb.
AZƏRTAC xəbər verir ki, buna Edinburq Universitetində superkompüterin yaradılması üçün ayrılması planlaşdırılan 800 milyon funt-sterlinq və süni intellekt üçün hesablama gücünü maliyyələşdirən Aİ Araşdırma Resursu üçün əlavə 500 milyon funt- sterlinq daxildir.
Elm, İnnovasiya və Texnologiya Departamentinin məlumatına görə, maliyyə vəsaiti əvvəlki administrasiya tərəfindən vəd edilsə də, bunun üçün büdcədən heç vaxt pul ayrılmayıb.
Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir ki, layihələrə maliyyə vəsaitinin dayandırılması iqtisadi sabitliyin bərpası və inkişaf üçün milli missiyanın yerinə yetirilməsi baxımından vacibdir.
Aytən Abbaslı
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]