Britaniya şirkətlərinin nümayəndə heyəti Azərbaycana gələcək
Bakı, 21 noyabr, AZƏRTAC
Britaniya şirkətlərinin nümayəndələri noyabrın 22-24-də Azərbaycana səfər edəcək.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər BP ilə SOCAR-ın birgə təşəbbüsü ilə başlanan Böyük Britaniya və Azərbaycan arasında Tərəfdaşlıq Proqramı çərçivəsində baş tutacaq. Tərəfdaşlıq Proqramı Böyük Britaniya və Azərbaycan şirkətlərinin uzunmüddətli əlaqələrinin formalaşdırılmasını təşviqi üçün nəzərdə tutulub.
Səfər çərçivəsində Britaniya nümayəndə heyəti Bakıda neft-qaz sektorunda lider olan bir sıra Britaniya və Azərbaycan şirkətlərində olacaq. Həmçinin Bakı Ali Neft Məktəbində SOCAR, BP, “Total” və “ABB Showcase” ilə texniki sessiyalar keçiriləcək.
Nümayəndə heyəti Böyük Britaniyada sürtkü materialları üzrə aparıcı istehsalçı və distribüter olan “Miller Oils” şirkəti noyabrın 23-də Bakıda yeni obyektlərini açacaq. “Millers Oils” Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]