Britaniya Sudana 120 milyon funt sterlinq dəyərində yeni humanitar yardım ayırıb
London, 15 aprel, AZƏRTAC
Böyük Britaniya Sudandakı vətəndaş müharibəsinin ikinci ildönümü münasibətilə Londonda keçirilən beynəlxalq konfrans çərçivəsində bu ölkəyə 120 milyon funt sterlinq dəyərində yeni yardım paketini elan edib.
AZƏRTAC xəbər verir ki, Britaniyanın xarici işlər naziri Devid Lammi tədbirdə Afrika İttifaqı və Avropa İttifaqına üzv ölkələrin yüksək səviyyəli nümayəndələrini qəbul edib. O, bildirib ki, bu vəsait 2025–2026-cı maliyyə ili üçün nəzərdə tutulub və münaqişədən zərər çəkmiş 650 mindən çox sudanlının dəstəklənməsinə yönəldiləcək.
Qeyd edək ki, bu yeni maliyyə yardımı 2023-cü ilin noyabrında açıqlanmış 113 milyon funt sterlinqlik paketə əlavə olaraq təqdim edilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]