BRİTANİYA ŞURASININ NÜMAYƏNDƏLƏRİ DİLLƏR UNİVERSİTETİNDƏ OLMUŞLAR
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, görüşdə Britaniya Şurasının London ofisinin meneceri Brayan Maquayr, ingilis dilinin tədrisi qrupunun direktor müavini Cerri Gouqh və Bakı ofisinin nümayəndələri iştirak etmişlər.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov görüşü giriş sözü ilə açaraq, bu ali məktəb haqqında qonaqlara ətraflı məlumat vermiş, Britaniya Şurası ilə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə Britaniya Şurasının dəstəyi ilə universitetdə ingilis dilinin tədrisinin daha da təkmilləşdirilməsi, yeni tədris proqramları və dərsliklərin işlənib hazırlanması, konfransların təşkili, akademik mübadilə və s. məsələlər geniş müzakirə edilmiş, müvafiq razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]