Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını izləmək üçün birgə hava patrulları həyata keçirəcək
London, 23 oktyabr, AZƏRTAC
Böyük Britaniya və Almaniya Rusiya sualtı qayıqlarını izləmək məqsədilə birgə əməliyyatlara başlayır.
AZƏRTAC xəbər verir ki, Britaniya Kral Hərbi Hava Qüvvələri (RAF) və Almaniyanın Dəniz Qüvvələrinə məxsus təyyarələr Şotlandiyadakı “RAF Lossiemouth” bazasından fəaliyyət göstərəcək və NATO-nun şərq və şimal cinahlarının müdafiəsi üçün birgə patrul uçuşları həyata keçirəcəklər.
Bu təşəbbüs NATO-nun təhlükəsizliyini gücləndirmək məqsədilə Böyük Britaniya və Almaniya arasında kibertəhlükəsizlik və hərbi əməkdaşlığın da genişləndirilməsini nəzərdə tutur.
Böyük Britaniyanın müdafiə naziri Con Hili və Almaniyanın müdafiə naziri Boris Pistorius cümə axşamı günü “RAF Lossiemouth” bazasında RAF-a məxsus “Poseidon P-8A” dəniz patrul təyyarəsində birgə əməliyyat uçuşunda iştirak edəcəklər. “Poseidon P-8A” təyyarəsi düşmən gəmilərini və sualtı qayıqları aşkar etmək, izləmək və onlara qarşı müdafiə tədbirləri həyata keçirmək imkanına malikdir.
Bu uçuş, ötən il imzalanmış “Trinity House Defence Agreement” adlı mühüm Britaniya-Almaniya müdafiə sazişinin ildönümünə təsadüf edir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]