Britaniyada süni intellektlə süd vəzi xərçənginin erkən diaqnozu üçün yeni sınaq başlayır
London, 4 fevral, AZƏRTAC
Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq süd vəzi xərçənginin daha erkən aşkarlanmasına kömək edəcək yeni bir sınaq layihəsinin başladığını elan edib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, layihə hər il bu xəstəliklə diaqnoz qoyulan on minlərlə qadına kömək etmək potensialına malikdir. Bu sınaqda ölkə üzrə 30 test mərkəzində 700 minə yaxın qadın iştirak edəcək. Süni intellekt texnologiyası radioloqlara mammoqrafiya müayinələri zamanı süd vəzi toxumasındakı dəyişiklikləri müəyyən etməyə kömək edəcək ki, bu da xərçəngin mümkün əlamətlərini daha erkən aşkar etməyə imkan verəcək.
Hazırda mammoqramlar üçün iki radioloqun təcrübəsi tələb olunur. Lakin Böyük Britaniya Səhiyyə Nazirliyi bildirib ki, bu yeni AI (süni intellekt) texnologiyası sayəsində yalnız bir mütəxəssis müayinə prosesini təhlükəsiz və effektiv şəkildə apara biləcək. Əgər sınaq uğurlu alınarsa, radioloqlar və digər mütəxəssislərin daha çox test aparmasına şərait yaradacaq və bu da gözləmə siyahılarının azalmasına kömək edəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]