Britaniyadakı qanunsuz miqrantlar 10-12 həftə ərzində Ruandaya yollanacaq
London, 22 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Rişi Sunak Birləşmiş Krallığa qanunsuz yollarla gələn miqrantları Ruandaya aparan uçuşların 10-12 həftə ərzində başlayacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir keçirdiyi mətbuat konfransında bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün təsirli bir maneə rolunu oynayacağını qeyd edib. Rişi Sunak bildirib ki, qanun layihəsinin son hissəsi bu gün hər nə cür olursa-olsun parlamentdən keçəcək və bundan sonra qanunsuz miqrantlar 10-12 həftəyə Ruandaya yollanacaq.
Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]