Britaniyalı nazir Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton noyabrın 4-də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.
Nazir 1918-ci il hadisələri zamanı Bakıya gələrək döyüşlərdə həlak olan ingilis əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.