Bu gün futbol üzrə Azərbaycan kubokunun sonuncu yarımfinalçıları müəyyənləşəcək
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin növbəti cavab oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşması “Bayıl Arena”da “Səbail” və “Qəbələ” klubları arasında oynanılacaq. Bu kollektivlərin Qəbələdəki görüşündə meydan sahibləri qalib gəliblər - 1:0. Oyunun qalibi yarımfinalda “Neftçi” komandası ilə qarşılaşacaq.
Növbəti matçda “Kapital Bank Arena”da Ağdamın “Qarabağ” komandası səfərdə “Sumqayıt”ın qonağı olacaq. Ağdam klubu ilk görüşdə Sumqayıt təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi yarımfinalda “Keşlə”nin rəqibi olacaq.
Bu iki oyunun nəticələri Azərbaycan kubokunun son iki yarımfinalçısını müəyyənləşdirəcək.
Azərbaycan kuboku uğrunda yarışların dekabrın 14-də oynanılan cavab qarşılaşmalarının nəticəsində “Neftçi” və “Keşlə” kollektivləri yarımfinala vəsiqə qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]