Bu gün Topaz Premyer Liqasının sonuncu turuna start veriləcək
Bakı, 11 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 11-də Topaz Premyer Liqasının sonuncu - 27-ci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun açılış görüşü “Bayıl Arena” stadionunda keçiriləcək. Çempionatda bürünc medalları özlərinə təmin etmiş “Səbail” autsayder “Keşlə”ni qəbul edəcək.
Turun digər oyunu Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda təşkil olunacaq. Şəhərin eyni adlı klubu “Qəbələ” komandasını qəbul edəcək.
“Zirə” klubu səfərdə debütant “Sabah” komandasının qonağı olacaq.
Sonunda turun son və mərkəzi qarşılaşması “Bakcell Arena”da baş tutacaq. Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş “Qarabağ” səfərdə “Neftçi”nin qonağı olacaq.
Qeyd edək ki, “Səbail”-“Keşlə” oyunu saat 15:00-da, “Sabah”-“Zirə”, “Sumqayıt”-“Qəbələ” görüşləri saat 16:00-da, “Neftçi”-“Qarabağ” matçı isə saat 18:00-da başlayacaq.
İyirmi altı turdan sonra turnir cədvəlinə 63 xalla çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş “Qarabağ” klubu başçılıq edir. Aktivində 58 xal olan “Neftçi” ikinci, 41 xalla “Səbail” üçüncü, 36 xalla “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq, “Zirə” (28), “Sabah” (27), “Sumqayıt” (26) və “Keşlə” (20) yer alırlar.
Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]