Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulacaq
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşehir” səfərdə 1:3 hesabı ilə uduzduğu Portuqaliyanın “Sportinq” komandasını qəbul edəcək.
İtaliyada yayılan koronavirus epidemiyasına görə “İnter” - “Ludoqorets” görüşünə azarkeşlər buraxılmayacaqlar.
Gün ərzində oynanılacaq qarşılaşmalar aşağıdakılardır:
“Portu” (Portuqaliya) - “Bayer” (Leverkuzen, Almaniya) - birinci oyun - 1:2;
“Espanyol” (İspaniya) - “Vulverhempton” (İngiltərə) - 0:4;
“Bazel” (İsveçrə) - APOEL (Kipr) - 3:0;
“Gent” (Belçika) - “Roma” (İtaliya) - 0:1;
“Başakşehir” (Türkiyə) - “Sportinq” (Portuqaliya) - 1:3;
LASK (Avstriya) - “AZ Alkmaar” (Hollandiya) - 1:1;
“Malmö” (İsveç) - “Volfsburq” (Almaniya) - 1:2;
“Ayaks” (Hollandiya) - “Xetafe” (İspaniya) - 0:2;
“Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) - 1:0;
“Benfika” (Portuqaliya) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 1:2;
“Seltik” (Şotlandiya) - “Kopenhagen” (Danimarka) - 1:1;
“İnter” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan) - 2:0;
“Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika) - 1:1;
“Zaltsburq” (Avstriya) - “Ayntraxt” (Frankfurt, Almaniya) - 1:4;
“Sevilya” (İspaniya) - “ÇFR Kluj” (Rumıniya) - 1:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]