Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura yekun vurulacaq
Bakı, 20 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü turun növbəti qarşılaşmaları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Görüşlərin ikisi Bakı vaxtı ilə saat 20:45-də, altı oyun isə 23:00-da start götürəcək.
H qrupunda turnirin son qalibi olan “Çelsi” İngiltərədə İsveç "Malmö"sünün müqavimətini qırmağa çalışacaq. Qrupun digər oyununda İtaliyanın "Yuventus" klubu Rusiyada "Zenit"lə qarşılaşacaq.
Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:
E qrupu
"Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna);
"Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya).
Qrupdakı vəziyyət: "Bavariya" - 6, "Benfika" - 4, "Dinamo" - 1, "Barselona" - 0.
F qrupu
"Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya);
"Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya).
Qrupdakı vəziyyət: "Atalanta" - 4, "Yanq Boyz" - 3, "Mançester Yunayted" - 3, "Vilyarreal" - 1.
G qrupu
"Zaltsburq" (Avstriya) - "Volfsburq" (Almaniya);
"Lill" (Fransa) - "Sevilya" (İspaniya).
Qrupdakı vəziyyət: "Zaltsburq" - 4, "Sevilya" - 2, "Volfsburq" - 2, "Lill" - 1.
H qrupu
"Çelsi" (İngiltərə) - "Malmö" (İsveç);
"Zenit" (Rusiya) - "Yuventus" (İtaliya).
Qrupdakı vəziyyət: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq
- 15.06.2026 [13:14]