Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il “Elektron hökumət” portalı üçün dinamik inkişaf ilidir

Bu il “Elektron hökumət” portalı üçün dinamik inkişaf ilidir

Bakı, 2 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC

“Elektron hökumət” portalı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanına uyğun olaraq modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən hazırlanıb. Portalın fəaliyyəti 2013-cü il fevralın 5-də Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə ilə tənzimlənir. “Elektron hökumət” portalı RYTN-in struktur vahidi olan Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən yaradılıb və onun idarə olunması, fəaliyyətinin təşkili və inkişafı portalın operatoru kimi RYTN MHM tərəfindən icra olunur. Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov “Elektron hökumət” quruculuğu üzrə əldə edilmiş uğurlar və qarşıda duran prioritet məsələlər barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

- “Elektron hökumət” portalının inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilib?

- 2015-ci il “Elektron hökumət” portalı üçün dinamik inkişaf ilidir. Məlum olduğu kimi, “Elektron hökumət” portalının fəaliyyəti birbaşa şəffaflıq, vətəndaş məmnuniyyəti və səmərəli idarəçilik prinsipləri üzərində qurulub və bütün bu prinsiplər üzrə tələblərin ödənilməsi üçün xüsusən bu il xeyli işlər görülüb.

Hazırda, portalda 409 e-xidmət vətəndaşların istifadəsindədir. Avqustun 1-nə olan məlumata görə, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 454 xidmətdən 335-i portala artıq inteqrasiya edilib və siyahıda əks olunan digər xidmətlərin elektron formada portala inteqrasiyası üçün operativ işlər davam etdirilir. Portalın istifadəçi sayı və e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır. Hazırda portalın istifadəçilərinin sayı 2,4 milyon nəfərdən çoxdur və onlar 15,5 milyon dəfədən çox e-xidmətlərdən istifadə üçün müraciət edib. Bu gün portala 80-dən artıq fiziki qoşulma var. Bunlardan 48-i dövlət qurumları, digərləri isə özəl sektorun nümayəndələri və banklardır. Qeyd edim ki, hazırki vaxtda “Elektron hökumət” quruculuğunun məqsədyönlü inkişafı üçün təqdim olunan xidmətlərin kəmiyyəti deyil, keyfiyyəti daha çox maraq dairəmizdədir. Məlum olduğu kimi, 2015 il iyulun 14-də “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Bu dəyişiklik elektron sənədlərin hüquqi tərəflərini müəyyən etməklə, elektron sənədlərin tətbiq zəruriyyətini təsdiqləyir. Belə ki, müvafiq Fərman əsasında artıq bir ildən çoxdur ki, müxtəlif kağız üzərində təqdim olunan arayışların onlayn ekvivalentləri üzərində işləyirik. Bununla bağlı, portalda yeni bölmə “Elektron arayışlar” yaradılıb. Bu gün artıq Azərbaycan vətəndaşı yaşayış, iş yerindən, diplom və təhsili haqqında, kommunal borcun olmaması barədə və sair arayışlar üçün digər qurumlara müraciət etmək məcburiyyətində deyil. Hazırda, bu sahədə də işlər davam etdirilir, tezliklə vətəndaşlar bir çox digər arayışları da portal üzərində formalaşdırmaq imkanı əldə edəcəklər.

Bu il elektron müraciətlər üzrə tələblər üzərində işlənilib, bir sıra e-xidmətlərin interfeysi yenilənib. Bununla yanaşı, portalın vətəndaş yönümlü servisləri təkmilləşdirilib, real vaxt rejimində istifadəçilərin müraciətlərinin cavablandırılması üçün “Online konsultasiya” servisi istifadəyə verilib.

Portalın çağrı mərkəzi - 157 xidməti yenidən qurulub və vətəndaşlarımızın istifadəsinə təqdim edilib. Həmçinin, bu ildən etibarən “Elektron hökumət” portalının inkişaf çərçivəsi genişləndirilib, ölkədə “E-Gov 3.0” mərhələsinə başlanılıb. Belə ki, yanvar ayında “data.gov.az” açıq məlumatlar portalı vətəndaşların istifadəsinə verilib və hazırda data.gov.az portalında 5 dövlət qurumu tərəfindən 25 adda məlumat bazası istifadəyə açıq edilib. Hökumət məlumatlarının açıq edilməsində əsas rol həmişə olduğu kimi, xidmət təminatçılarının yəni dövlət orqanlarının üzərinə düşür. Bununla bağlı olaraq, qurumlar özləri hansı xidmətlərin açıq verilə biləcəyini müəyyənləşdirməli və onu portala təqdim etməlidirlər. Açıq hökumət məlumatları həmçinin, proqram məhsulu yazanların elektron hökumət quruculuğuna dəvət edilməsi deməkdir. Bu həm dövlət tərəfindən müvafiq sahəyə özəl sektor vasitəsilə investisiyaların cəlb edilməsinə, özəl sektorun inkişafına, ən əsası isə müxtəlif çeşidli fərdyönümlü elektron xidmətlərin hazırlanmasına gətirib çıxaracaq.

- Qurumlar arasında informasiya mübadiləsi prosesi necə təşkil olunur?

- Portalın işinin məqsədyönlü inkişafı üçün diqqətdə olan əsas məsələlərdən biri qurumlar arasında informasiya mübadiləsi prosesinin düzgün təşkilidir. Bununla əlaqədar, dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin operatoru olaraq Məlumat Hesablama Mərkəzi dövlət informasiya ehtiyatlarının və sistemlərinin reyestrlərdə qeydiyyatını aparır və mütəmadi olaraq qurumların mülkiyyətində olan informasiya sistemlərinin monitorinqini həyata keçirir. Çünki, informasiya sistemlərinin nöqsansız işi bu gün və gələcəkdə təqdim olunacaq e-xidmətlərin keyfiyyəti deməkdir. Daha sonra, bu il informasiya sistemlərinin fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdırılması, informasiya sistemlərinin vahid identifikator üzrə formalaşdırılması istiqamətində ciddi işlər görülüb, kommunal xidmət təqdim edən qurumlara bu sahədə köməklik göstərilib. Eləcə də, cari ilin yay aylarında mobil operatorların informasiya sistemlərinin portal üzərindən aparılması üzərində ciddi iş həyata keçirilib və tezliklə, mobil nömrələrin satışı, nömrələrin digər operatora daşınması və nömrələrin addan-ada keçirilməsi prosesi zamanı məlumatların ilkin mənbədən formalaşdırılması tamamilə “Elektron hökumət” portalı üzərindən həyata keçiriləcək. Bu gün mobil operatorların informasiya sistemlərinin FİN-ə və digər identifikatorlara uyğun olmaması səbəbindən ünvanlı SMS göndərilməsində böyük çətinliklər var. İnformasiya sistemlərinin FİN-ə uyğunlaşdırlıması isə bizə elektron xidmətlərdən istifadə zamanı müxtəlif SMS xidmətlərdən ünvanlı istifadə üçün geniş imkanlar yaradacaq. Əminliklə deyə bilərəm ki, "Elektron hökumət" portalının fəaliyyəti istifadəçi tələbatına uyğun şəkildə aparılır. Bunun üçün, sosial yönümlü xidmətlər göstərən xidmət təminatçıları ilə mütəmadi olaraq görüşlər və məsləhətləşmələr keçirilir. Xidmətlərin hazırlanması və istismarında innovativ yeniliklərin, yeni texnoloji üsulların tətbiqi təşviq edilir. Nümunə üçün, cari ildə bəzi İcra hakimiyyətləri ilə əməkdaşlıq edilərək bir sıra sosial xidmətlərin elektronlaşması istiqamətində işlər görülüb, fikir və təcrübə mübadiləsi aparılıb. “Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna “Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilib və bu xidmət tam şəkildə elektronlaşdırılaraq istifadəyə verilib.

- Maarifləndirmə və kadr hazırlığı sistemi necə təkmilləşdirilir?

- Ötən illə müqayisədə bu il “Elektron hökumət” sahəsində maarifləndirmə xarakterli tədbirlərin, kursların, mühazirələrin, treninqlərin, müsabiqələrin və s. təşkil edilməsinə üstünlük verilib. Belə tədbirlərin sistemli, müntəzəm şəkildə təşkilində məqsəd cəmiyyətin bütün üzvlərinin “Elektron hökumət” innovativ xidmət məkanından istifadəsini təmin etmək, ölkəmizdə hər gün dəyişən və inkişaf edən “Elektron hökumət” quruculuğunda vətəndaşların aktiv iştirakına şərait yaratmaqdır. Artıq bir neçə ildir ki, Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq ixtisas üzrə təhsil alan tələbələri həmçinin dövlət xətti ilə xaricdə təhsil alan tələbələr yay istehsalat təcrübələrini müəssisəmizdə keçirlər. Həmçinin, bu il Azərbaycan Texniki Universiteti və RYTN Məlumat Hesablama Mərkəzinin nəzdində Elm-Təhsil və Texnologiyalar Birliyinin yaradılması qərara alınıb və bu barədə AzTU və “Elektron hökumət” portalının operatoru arasında müqavilə imzalanıb. Elm-Təhsil və Texnologiyalar Birliyi çərçivəsində yeni tədris ilindən etibarən universitetdə elektron xidmətlər, elektron imza və geniş zolaqlı internet şəbəkələri üzrə laboratoriyaların fəaliyyətə başlaması nəzərdə tutulub. Bu laboratoriyalar tələbələrin İKT sahəsində aktual nəzəri və praktik bilik və bacarıqlarını artırmağa, kadrların hazırlanmasına və tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiq olunmasına imkan yaradacaq. “Elektron imza” laboratoriyalarında tələbələr elektron imzanın əldə olunması ilə bağlı sorğunun formalaşmasından onun son istifadəçiyə verilməsinə kimi bütün proseslərdə birbaşa iştirak edə biləcəklər. Elektron xidmətlər üzrə laboratoriyalarda tələbələr mobil proqram təminatlarının hazırlanması, elektron xidmətlərin formalaşması, onların “Elektron hökumət” portalına inteqrasiyası ilə bağlı təcrübə qazana biləcəklər. Bu təcrübə gələcəkdə tələbələrə dövlət qurumlarında olduğu kimi, özəl müəssisələrdə də iş tapmağa imkan yaradacaq. Hazırda MHM tərəfindən laboratoriyaların texniki təşkilati işləri üzərində işlər yekunlaşmaq üzrədir. Artıq konkret laboratoriya dərsləri hazırlanıb. Bu laboratoriyaları uğurla başa vuran tələbələr universitetdən birbaşa elektron hökumət quruculuğunda iştirak etməyə hazır olacaqlar.

- “Elektron hökumət” layihəsinin davamlı inkişafı üçün hansı prioritet məsələlər müəyyənləşdirilib?

- “Elektron Hökumət” portalı sadəcə 3 ildir fəaliyyətdədir və təbii ki, e-xidmətlərdən istifadə vərdişi vətəndaşlarda zamanla formalaşmaqdadır. “Elektron hökumət” layihəsinin davamlı inkişafı üçün hazırda qarşıda duran və tam şəkildə həll edilməsi vacib olan bir sıra prioritet məsələlər var: Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “E-xidmətlərin siyahısı”na uyğun olaraq bütün qurumlar tərəfindən siyahıdakı xidmətlərin elektronlaşdırılması, mövcud texniki tələblərə uyğunlaşdırılması və portala inteqrasiyası; Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli qərarına uyğun olaraq siyahı üzrə "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının portala qoşulmasının və qurumlararası informasiya mübadiləsinin təmin edilməsi və bunun üçün qurumların informasiya sistemlərinin müvafiq tələblərə cavab verməsi və FİN-ə uyğunlaşdırılması; dövlət və özəl qurumların mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestrlərində qeydiyyatının tam təmin olunması və reyestrin tələblərinə uyğunlaşdırılması; qurumlar tərəfindən fərdi olmayan ictimai xarakterli məlumatların kompyuter tərəfindən oxunaqlı formata gətirilməsi və açıq hökumət məlumatları portalında (data.gov.az) yerləşdirilməsi; elektron arayışların çeşidinin artırılması və tətbiq sahələrinin genişləndirilməsi üçün lazımi tədbirlərin görülməsi; icra hakimiyyətləri və bələdiyyələr tərəfindən göstərilən bütün xidmətlərin elektronlaşdırılması və portala inteqrasiyası; elektron hökumət sahəsində maarifləndirmə xarakterli tədbirlərin, kursların, mühazirələrin, treninqlərin, müsabiqələrin və s. təşkili və genişləndirilməsi. Vətəndaşların irad, rəy və təkliflərinin öyrənilməsi və dəyərləndirilməsi.

Yeni mövsümdə daha çox istifadə olunan xidmətləri və xüsusən də, elektron arayışları özündə birləşdirən portalın mobil əlavələrinin istifadəyə verilməsini planlaşdırırıq. Yəni vətəndaşlarımız gündəlik həyatımızda daha çox istifadə etdiyimiz bir çox xidmətlərdən mobil qurğular vasitəsilə, rahat interfeysdən istifadə etməklə yararlana biləcəklər.

Sonda demək istərdim ki, bu gün “Elektron hökumət” quruculuğu üzrə gördüyümüz hər mütərəqqi iş bizi bir addım daha irəli apararaq cəmiyyətimizin inkişafını təmin edir. Bu sahədə gələcəkdə də öz üzərimizə düşən vəzifələrin tam şəkildə icrası üçün bütün səylərimizi səfərbər edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub