Bu il Şəki və Qax rayonlarında 14 hektar sahədə aqrobağ salınıb
Şəki, 14 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin yaz və payız mövsümlərində Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin yerli meşəbəylikləri tərəfindən Şəki və Qax rayonlarının ərazilərində 14 hektar sahədə aqrobağ salınıb, 6 hektarda meşə əkinləri aparılıb. Bundan əlavə, cari ildə bu rayonlarda 10 hektar sahəyə palıd qozaları səpilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin baş meşəbəyi Şəmsəddin Ədilov məlumat verib.
Baş meşəbəyinin sözlərinə görə, son illər meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqrobağların salınmasına üstünlük verilir. Bu il Şəki və Qax rayonlarında yeni salınan aqrobağlara əsasən fındıq və ərik, meşə zolaqlarına isə ərik və göyrüc tingləri əkilib. Tinglər mərkəzin tinglik təsərrüfatında yetişdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]