“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün zəngin irsini yaşadan və bu ənənələri gənc nəslə ötürən “Bülbül vokal məktəbi” 2025–2026-cı tədris ili üzrə tələbə qəbulunu elan edib.
Məktəbdən AZƏRTAC-a bildirilib ki, müsabiqədə 10–35 yaş aralığında musiqi təhsili olan şəxslər iştirak edə bilərlər. Namizədlər öz CV-lərini və ifalarının videoyazılarını təqdim etməklə ilkin seçim mərhələsində iştirak edəcəklər. Birinci mərhələni uğurla keçən iştirakçılar növbəti mərhələyə – canlı dinlənilməyə dəvət olunacaqlar.
Qeyd edək ki, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə yaradılmış və onun rəhbərliyi ilə fəaliyyət göstərən “Bülbül vokal məktəbi” artıq üç ildir ki, Azərbaycanda yeganə və ilk ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb olaraq fəaliyyət göstərir.
Sənəd qəbulun iyulun 20-dən başlayıb və avqustun 20-dək davam edəcək.
Əlavə məlumat və müraciət üçün bu nömrə ilə - 010 317 18 97 əlaqə saxlaya bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [15:21]
Heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi qeyd olunub
- 01.06.2026 [14:55]
Azərbaycanlı rejissor Moskvada “Gələcəyin təlimatçısı” adına layiq görülüb
- 01.06.2026 [14:05]
Rostropoviçlərin ev-muzeyində uşaqlar üçün bayram tədbiri
- 01.06.2026 [12:37]
Bulvarda “CandyFest” coşqusu: Sirk ustaları, şoular və əyləncə bir məkanda
- 01.06.2026 [12:29]
Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
- 01.06.2026 [12:17]