Bundesliqa: “Bavariya” növbəti qələbəsini qazanıb
Berlin, 29 noyabr, AZƏRTAC
“Bavariya” Bundesliqanın 12-ci turunda öz meydanında “St Pauli” ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüşdə hesabı matçın 6-cı dəqiqəsində qonaqlar açıblar. Lakin Münxen təmsilçisi ilk hissənin sonunda - 44-cü dəqiqədə Rafael Qerreronun qolu ilə hesabı bərabərləşdirib. “Bavariya” oyunun əsas vaxtına əlavə olunmuş hissədə Luis Diaz (90+3) və Nikolas Ceksonun (90+6) qolları ilə qələbə qazanıb - 3:1.
Günün digər oyunlarında “Hoffenhaym” öz meydanında “Auqsburq”un qapısından üç cavabsız top keçirib. Paytaxt təmsilçisi “Union Berlin” ev oyununda “Haydenhaym”a uduzub - 1:2. “Verder Bremen” - “Köln” görüşündə qalib müəyyənləşməyib - 1:1.
Günə “Bayer Leverkuzen” - “Borussiya Dortmund” oyunu ilə yekun vurulacaq.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]