Burkina-Faso nümayəndəsi: Hər kəs üçün sağlam mühit təmin edilməlidir VİDEO
Bakı, 20 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çox maraqlıdır, çünki Bakı artıq COP29 təcrübəsinə malikdir. Qarşılanma, qonaqpərvərlik və ümumilikdə təşkilatçılıq fantastikdir.
Bunu AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Burkina-Fasodan olan Əlahəzrət Şahzadə Abze Ciqma söyləyib.
“WUF13 üzrə müzakirələrə gəldikdə, şəhərlərin gələcəyi üçün bütöv yanaşmanın vacib olduğunu bilirsiniz. Bu isə sağlamlıq, sosial yaşayış və əlçatan mənzillərin birləşdirilməsini tələb edir. Hər kəsin başı üzərində damının olması, yaşamaq, oynamaq və yatmaq üçün sağlam mühit təmin edilməlidir. Eyni zamanda, maliyyəyə ehtiyac var və bu, mühüm əhəmiyyət daşıyır. Fikrimcə, burada maraqlı tərəflər bir araya gəlib ki, bütün bunlar həyata keçirilsin”,- deyə o qeyd edib.
Müxbir - Mehrac Ağasiyev