BVF NÜMAYƏNDƏLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
Yoxsulluğun azaldılması və Azərbaycanın iqtisadi inkişafına yardım proqramının müzakirələri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti Bakıya gələcəkdir. BVF-nin Bakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iqtisadçılardan ibarət nümayəndə heyətinə Con Uekman-Linn başçılıq edir. İndiyədək həmin proqram çərçivəsində ölkəmizə təxminən 62 milyon dollar ayrılmışdır. 2001-ci ilin iyununda qəbul edilmiş və müddəti daha bir il uzadılmış bu üçillik proqram çərçivəsində Azərbaycana təqribən 119 milyon dollar ayırmağı nəzərdə tutur.