Camaluddin Mohammad Farid Elshayyal: Vandallığa ən çox məscidlər məruz qalır
Bakı, 8 mart, AZƏRTAC
Dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı ədalətsizliklər baş verir, onlar sıxışdırılır. İslamofobiya öz-özlüyündə yeni deyil. Məhəmməd Peyğəmbərin dövründə də ona qarşı haqsızlıqlar baş verirdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əl-Cəzirə Media Şəbəkəsinin Rəqəmsal Bölməsində Məzun Strategiyasının meneceri Camaluddin Mohammad Farid Elshayyal Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “İctimai rəyin formalaşdırılması: Rəqəmsal islamofobiya” adlı aralıq sessiyasında söyləyib.
O qeyd edib ki, ən çox vandallığa məscidlər, ümumiyyətlə, İslam dininə aid dəyərlər məruz qalır.
“Hazırda rəqəmsal məkandan istifadə edərək öz mövqeyimizi ifadə edə bilərik”, - Camaluddin Mohammad Farid Elshayyal vurğulayıb