CARİ İLDƏ AZƏRBAYCANDA ENERJİ ÇATIŞMAZLIĞI ARADAN QALDIRILACAQDIR
Bir il ərzində Azərbaycanda beş bölgədə modul tipli elektrik stansiyalarının tikilməsi təxminən 400 meqavatdan çox elektrik enerjisi verəcəkdir. Bu barədə Astarada modul tipli elektrik stansiyasının açılış mərasimində Prezident İlham Əliyev məlumat vermiş və demişdir ki, bu gün Azərbaycanda enerji çatışmazlığı 400 meqavatdır və 2006-cı ildə bu çatışmazlıq aradan qaldırılacaqdır.
Prezident bildirmişdir ki, Azərbaycanın xoşbəxtliyi təbii sərvətlərinin olmasındadır və neft-qaz hasilatı ildən-ilə artır. Keçən il ölkəmizdə 22 milyon ton neft hasil edilmişdir ki, bu da bütün dövrlər ərzində Azərbaycan üçün rekorddur. Növbəti illərdə bu, 50-60 milyon tona çatacaqdır.