Cari ildə Naxçıvanda 7 mindən çox “ASAN İmza” sertifikatı verilib
Naxçıvan, 6 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 28 min 165 şəxs qəbul edilib.
Xidmətin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 37 min 352 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Yanvar-avqust aylarında vergi ödəyicilərinə 354 min 613 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 62 görüş keçirilib, 454 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3872 müraciət üzrə 7053 “ASAN İmza” sertifikatı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]