CARİ İLİN YANVAR-İYULUNDA AZƏRBAYCANA MİNİK AVTOMOBİLİ İDXALI ARTMIŞDIR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin yanvar-iyulunda ölkəyə 45.964 minik avtomobili idxal olunmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz çoxdur.
Yeddi ay ərzində ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri 343 milyon dollardan çox olmuşdur. Bu isə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 50,5 faiz çoxdur.
Ötən yeddi ay ərzində Azərbaycana avtobusların idxalı da artmışdır.