“CASPIAN ENERGY” JURNALI AZƏRBAYCANIN ƏN UCA ZİRVƏSİNƏ QALDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 14-cü ildönümü münasibətilə “Caspian Energy” jurnalı azərbaycanlı alpinistlər tərəfindən ölkəmizin ən hündür zirvəsi - Bazardüzünə qaldırılmışdır. Dağlardakı buz qatının və biomüxtəlifliyin tədqiqi məqsədi ilə yaradılmış ekspedisiya Zoologiya İnstitutu tərəfindən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Azərsun Holdinq”in maliyyə dəstəyi ilə fəaliyyət göstərir.
######
