Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəfər Qarayev: Ölkəmizə turist axınının artmasına biz də öz töhfəmizi verəcəyik

Bakı, 14 yanvar, Abdulla Suvar, AZƏRTAC

Son illər Azərbaycanda turizm sənayesində böyük canlanma prosesi başlayıb, bunun üçün əlverişli imkanlar yaradılıb. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə açılan yeni, müasir və dünya standartlarına cavab verən mehmanxanalar, turizm obyektləri, istirahət yerləri bu sektorun inkişafına birbaşa təkan verən mühüm amillərdəndir. Eyni zamanda, Azərbaycanın qədim tarixi abidələri, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti və maraqlı mənzərələri, dini fərqlilik, araşdırma üçün maraqlı məkanlar, qeyri-adi yeməklər, ekzotik qoxu və hər şeydən daha vacib olan təhlükəsiz səyahət ölkəmizə üz tutan xarici turistlərin sayını ildən-ilə artırır. Həmçinin milli turizm sahəsinin inkişaf etdirilməsi iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət hesab olunur və buna görə də ölkədə turizmin qanunvericilik bazası təkmiləşdirilib. Bu sahənin inkişafına dəstək verən ən mühüm aparıcı qüvvələrdən biri də turizm şirkətləridir. Sözsüz ki, bu sahənin inkişafında, şaxələndirilməsində onların da öz payı var. Belə şirkətlərdən bir də “Zakher Travel”dir. AZƏRTAC-ın müxbiri şirkətin rəhbəri Cəfər Qarayevlə görüşərək müsahibə alıb.

-Cəfər müəllim, uzun illərdir turizm sektorunda çalışırsınız və hazırda “Zakher Travel” turizm şirkətinə rəhbərlik edirsiniz. Ötən müddətdə ölkəmizin turizm sektorunda baş verən dəyişiklikləri sizdən eşidərdik.

-Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Artıq bu gün turizm sektoru, bütün dünya ticarət xidmətlərinin təxminən 30 faizdən çoxunu təşkil edir. Dünya üzrə ümummilli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8.1 faizi turizm sənayesində və onunla bağlı sahələrdə çalışırlar. Nəticə olaraq turizm sektoru XXI əsrdə, xüsusilə də 2010-cu illərdən sonra Azərbaycanın iqtisadi artımını daha yüksək səviyyəyə qaldırmışdır. Bu sahənin inkişafı istiqamətində ilk olaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi (hazırkı Mədəniyyət Nazirliyi) mühüm işlər gördü. Nazirlik yaradıldıqdan sonra mən 2008-ci ildən həmin nazirliyin turizm şöbəsində fəaliyyətə başladım. İl ərzində təxminən 10-dan çox beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edirdik. Həmin sərgilərdə yerli turizm şirkətləri və otellər də Azərbaycan pavilyonunda çox uğurlu təqdimatlarla çıxış edirdilər. Təbii ki, Azərbaycanın dünyada tanınması üçün beynəlxalq kanallarda yayımlanan reklam çarxlarının, Azərbaycanda təşkil olunan “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin, İslam Həmrəyliyi Oyunlarının, Avropa Oyunlarının, Formula 1 Azərbaycan Qran-Prisinin və digər beynəlxalq səviyyəli tədbirlərin mühüm rolu oldu. Xüsusi olaraq qeyd etməliyəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özəlliklərini dünyada böyük fədakarlıqla, uğurla təbliğ etməsi bizim işimizə böyük təkan verdi.

2015-ci ildə iraqlı turistlərin gəlişi ilə ərəb turistlərinin Azərbaycana axını başladı, həmin ilin dekabrından Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları, 2016-cı ilin fevralından isə digər körfəz ölkələrinin (Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman, Bəhreyn) vətəndaşları hava limanında sadələşdirilmiş viza rejimindən yararlanmağa başladı ki, bununla da Azərbaycana turist axını vüsət aldı. Aparılan məqsədyönlü işlər nəticəsində ölkəmizdə otellərin, turizm şirkətlərinin sayı çoxaldı, bazar tələbə uyğun formalaşmağa başladı. Hazırda istər paytaxtda, istərsə də bölgələrdə kifayət qədər yeni otel, mehmanxanalar fəaliyyət göstərir. Bir məsələni də qeyd etmək labüddür ki, VIP turistlərin Azərbaycana gəlişinin əsas səbəblərindən biri ölkəmizdə ov turizminin inkişafına yaradılan şəraitdir ki, bu da öz növbəsində həmin turistlərin çəkdikləri videolar, fotoşəkillər vasitəsilə təbliğat-təşviqat yolu ilə ölkəmiz haqqında daha çox məlumat yaymağa, müsbət fikirlər formalaşdırmağa və turizmin digər sahələrinin inkişafına daha da təkan verir.

-Turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi məqsədilə qəbul edilən “Turizm haqqında” yeni Qanunda turizm reyestri, mülki məsuliyyət sığortası, otellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapıb. Yeni qəbul olunan Qanun ölkəmizdə turizm şirkətlərinin fəaliyyətinin tənzimlənməsi üçün nə vəd edir?

- Uzun müddət idi ki, “Turizm haqqında” yeni Qanunun hazırlanması üzərində iş aparılırdı, hətta 2012-ci ildən bu işə başlanılmışdır. Dəfələrlə yerli və xarici ekspertlərin rəyi alınmış, Dünya Turizm Təşkilatına göndərilmiş, müəyyən razılaşdırmalardan keçirilmişdir. Nəhayət 1999-cu ildə imzalanmış Qanun 2022-ci ildə daha da təkmilləşdirilərək yenidən qəbul edildi. Bu məqamda bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Belə ki, hazırda beynəlxalq standartlar əsasında, milli akkreditasiya sisteminə uyğun formada respublika üzrə sertifikasiya prosesinə başlanılıb. Şirkət olaraq ötən ilin dekabrın 29-da müvəffəqiyyətlə qeydiyyatdan keçmiş və 2023-cü il yanvarın 10-da ən yüksək A kateqoriyalı turizm şirkəti olaraq təsdiq almışıq. Mülki məsuliyyət sığortasına da artıq start verilib və turizm şirkətləri öz şirkətlərini sığortalamağa başlayıblar. Eyni zamanda, otellərin ulduz təsnifatı ilə bağlı işlər görülüb və 50-dək mehmanxana yenidən sertifikasiyadan keçirilib. Bir sözlə “Turizm haqqında” yeni Qanun peşəkar turizm fəaliyyəti ilə məşğul olan şəxslərin daha rahat, daha mütəşəkkil formada fəaliyyət göstərməsinə şərait yaradacaq.

-2018-ci ildə “Zakher Travel” turizm şirkəti Misirin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında misirli turistlərin Azərbaycana səfərini təşkil etdi. Hazırda bu istiqamətdə işlər davam etdirilirmi və daha hansı ölkələrin turizm şirkətləri ilə əməkdaşlıq edirsiniz?

-Qeyd etdiyiniz kimi, 2018-ci ildə Qahirədən Qəbələyə və Bakıya 7 dəfə birbaşa çarter reysləri həyata keçirildi, dönüş Bakı-Qahirə oldu. 600-ə yaxın misirli turisti Azərbaycanda qəbul etdik, paytaxt Bakı ilə yanaşı, onlar Qəbələ və digər bölgələrdə oldular. Məlum pandemiya səbəbindən 2020-ci ildəki səfərlər təxirə salındı, 2021-ci ildə misirli vətəndaşlar Azərbaycana viza ala bilmədilər, eyni hal 2022-ci ildə də təkrarlandı. Ötən ilin mayında səfirlik vasitəsilə viza alınması prosesinin asanlaşdırılmasına baxmayaraq, müxtəlif səbəblərdən yenə də istənilən nəticəni əldə edə bilmədik. Cari ildən danışıqlar başlayıb, qismət olarsa eyni xətt üzrə misirlilərin Azərbaycana çarter vasitəsilə gəlişinin təşkili gözlənilir. Bildiyiniz kimi bizim şirkət ərəb ölkələri ilə daha sıx əməkdaşlıq edir, bura Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Sudan, Küveyt, Bəhreyn, Mərakeş, İordaniya daxildir. Qeyd edilən ölkələrdən Azərbaycana individual, qrup halında turistlərin səfərlərini təşkil edirik.

-Turizm sektoru dünyada yaşanan pandemiya şəraitindən ən çox ziyan görən sahələrdən biri oldu. “Zakher Travel” şirkəti həmin çətinliklərin öhdəsindən necə gəldi və postpandemiya dövründə bu sahənin işinin canlanması üçün nə kimi tədbirlər görülür?

-Çox təəssüf ki, məlum koronavirus pandemiyası bizim sektora çox böyük təsir etdi, demək olar ki, turizmi iflic vəziyyətə saldı, quru sərhədləri, hava sərhədləri bağlandı, viza proseduru çətinləşdi, ölkəyə giriş-çıxış məhdudlaşdırıldı, otellər bağlandı. Biz də 2020-ci ilin mart ayında demək olar ki, fəaliyyətimizi dayandırdıq. Bu turizm sektoru üçün çox böyük bir imtahan idi. Şükürlər olsun ki, bu imtahandan üzüağ çıxdıq, fəaliyyətimizi bərpa edib tam gücümüzlə çalışırıq. 2021-ci ildən isə bizim digər ofislərimizdə fəaliyyət aktivləşdi, misal olaraq Ukraynanı göstərə bilərik. Daha sonra isə 2021-ci ilin sonlarından artıq Azərbaycanda da pandemiya qaydaları sadələşməyə başladı və bu turistlərin səfər etməsinə şərait yaratdı. 2022-ci il aprelin 15-də PCR testinin ləğv olunması ilə turist axını daha da sürətləndi. Postpandemiya dövründə bu sahənin canlandırılması üçün çox aktiv təbliğat-təşviqatla məşğuluq, müxtəlif platformalarda, sosial şəbəkələrdə, beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edirik.

-Rəhbərlik etdiyiniz şirkətin ötənilki uğurları və builki planları barədə məlumat verərdiniz.

-Ötən il rəhbərlik etdiyimiz şirkətin qardaş Türkiyə respublikasında və Özbəkistanda nümayəndəliyi fəaliyyətə başladı. Bu, bizim üçün kifayət qədər mühüm hadisə oldu və hazırda Türk Dövlətləri Təşkilatına üzv olan beş ölkənin hər birində fəaliyyət göstəririk. Bundan əlavə 10 beynəlxalq turizm sərgisində (İstanbul, Almatı, Dubay, Ər-Riyad, Frankfurt, Las-Vegas, London, Barselona və.s) iştirak etdik. Göstərdiyimiz xidmət müqabilində, eyni zamanda, bir çox sertifikatlar, mükafatlar aldıq. Əlavə olaraq turizm şirkətləri ilə 100 yeni müqavilə bağlamışıq, bununla da əməkdaşlıq etdiyimiz turizm şirkətlərinin sayı 800-ə çatıb. Yeni ildən daha böyük səylə çalışmağa başlamışıq. Əsas hədəflərimizə daha 2, 3 ölkədə fəaliyyətimizi genişləndirmək, beynəlxalq sərgilərdə iştirak, B2B görüşlərin təşkil olunması, Azərbaycanda ilk B2B onlayn platformamızı reallaşdırmaq və digər məsələlər daxildir.

-Ötən ilin dekabrında keçirilən Azərbaycan Turizm Sammitində xarici və daxili turizm üzrə növbəti 4 ilə hesablanmış hədəflər açıqlanıb. Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırılmasıdır. Bir peşəkar kimi sizin mövqeyiniz maraqlıdır: bunu reallaşdırmaq üçün ilk növbədə nədən başlanılmalıdır?

-Qeyd olunan sammit artıq ikinci dəfədir ki, Dövlət Turizm Agentliyi tərəfindən keçirilir, biz də yaxından iştirak edirik. Ümumiyyətlə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil olunan yerli və xarici tədbirlərin hər birinə dəvət alırıq və iştirak edirik. Bunun üçün adıçəkilən təşkilatlara təşəkkür edirik. Qeyd olunan rəqəmlərlə bağlı onu deyə bilərəm ki, pandemiya olmasaydı bu rəqəmlərə daha tez çatmaq olardı. 2019-cu ildə 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana gəlmişdir. 2022-ci ildə isə bu rəqəm 1 milyon 600 min olmuşdur. Müqayisə etdikdə təxminən 50 faiz itki deməkdir. Bu isə məlum pandemiya səbəbindəndir. Ümid edirik ki, bu vəziyyəti tez bir zamanda daha da yaxşılaşacaq. Aşağı büdcəli hava yollarının təşkil olunması və sadələşdirilmiş viza rejimi ölkəyə gələn turistlərin sayının kəskin şəkildə artımına səbəb olan ən vacib amillərdəndir. Bizim də ölkədə bu istiqamətdə ciddi işlər görülür. Bu səbəbdən da tam əminliklə demək olar ki, qeyd olunan hədəflərə çatmaq mümkün olacaqdır.

-Cəfər müəllim, ölkəmizə gələn turistlər daha çox hansı bölgələrdə olmağa maraq göstərir və bu daha çox nə ilə əlaqədardır?

-Təbii ki, paytaxtımız Bakı şəhəri ilə yanaşı, gələn turistlər bölgələrə üz tuturlar, bunlar da bizim şimal, şimal-qərb bölgəsidir ki, əsrarəngiz təbiət turistləri daha da cəlb edir. Bunlar Quba, Qusar, Şamaxı, Qəbələ, İsmayıllı, Oğuz, Şəki rayonlarıdır. İlin bütün fəsillərində turistlər təxminən bu istiqamətlərə üz tuturlar, bunun da səbəbi odur ki, ərəb turistlər ən çox yaşıllıq, təbiət, qastronomik turizmə, qış turizminə daha böyük maraq göstərirlər. Turistlər çay, göl, meşə, şəlalə, dağ olan bölgələrə üz tuturlar ki, bunlar da daha çox şimal və şimal-qərb bölgəsində cəmləşib və məsafə olaraq paytaxta daha yaxın yerdə yerləşir. Buna görə də bu istiqamətdə turizm marşrutları daha çox işləyir.

- Qarşıdakı aylarda sizin şirkətin xətti ilə ölkəmizə üz tutacaq əcnəbilərin işğaldan azad olunmuş ərazilərə, xüsusilə də Şuşaya səfərlərinin təşkili nəzərdə tutulurmu?

-Təbii ki, Dövlət Turizm Agentliyinin dəvəti ilə bir neçə dəfə işğaldan azad olunmuş ərazilərdə səfərlərdə olmuşuq, həmçinin dəyirmi masalarda iştirak etmişik, fikir mübadiləsi aparmışıq. Sevindirici haldır ki, Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. İstər qala-şəhərimiz Şuşa, istərsə də işğaldan azad olunmuş digər ərazilərimizə- Kəlbəcərin İstisuyuna, Laçının yaylaqlarına körfəzdən gələn turistlərin səfərlərini təşkil etməkdə çox maraqlıyıq və bu yerlərin turizm potensiyalının təbliğat edilməsində, tanıdılmasında yaxından iştirak edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb