CƏLİLABADDA YERALTI KEÇİD İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev prospektində müasir üslubda tikilmiş və milli ornamentlərlə bəzədilmiş yeraltı keçid istifadəyə verilmişdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Məlumat verildi ki, ulu öndərin adını daşıyan bu prospekt şəhərdə nəqliyyatın və piyadaların hərəkətinin daha çox olduğu yerdir. Yeraltı keçid piyadaların rahat gediş-gəlişini təmin edəcəkdir. Keçidin 2600-dən çox şagirdi olan 1 və 8 nömrəli şəhər orta məktəblərinin yaxınlığında yerləşməsi uşaqların təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Keçidlə yaxından tanış olan dövlətimizin başçısı onun milli memarlıq üslubunda inşa olunmasını yüksək qiymətləndirdi, ətraf ərazilərdə abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.
######
![]() |
![]() |

