Cəmşid Naxçıvanski adına Hərbi Liseyinyaranmasının 45 illiyi qeyd edilib
Bakı, 20 aprel, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu təhsil ocağının yaranmasının 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı, Hərbi Liseyin məzunları da iştirak ediblər.
Rəsmi hissədən sonra müdafiə nazirinin əmrinə əsasən, liseyin şəxsi heyətinin bir qrupu təşəkkürnamə, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Mərasimdən sonra Zabitlər Evinin mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.
Daha sonra liseyin yaranmasının 45 illik yubileyinə həsr olunan idman bayramı keçirilib. Kursantlar bir neçə idman növü üzrə yarışıblar.
Sonda qaliblər liseyin rəisi, polkovnik Rüfət Əmirov tərəfindən təltif olunublar.
Yubiley tədbirləri çərçivəsində “Hərbi təhsil və hərbi lisey” mövzusunda konfrans da keçirilib.