Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cenevrə görüşündən sonra: Sarkisyanın növbəti yalanı və "ekspertin analizi"

Cenevrə görüşündən sonra: Sarkisyanın növbəti yalanı və "ekspertin analizi"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara maraq çoxdur. Azərbaycan tərəfi daim ədalətli mövqe tutub və ərazi bütövlüyünü təmin etmək şərti ilə problemin həll edilməsinə razıdır. Rəsmi Bakı ermənilərin Azərbaycan vətəndaşı kimi bütün hüquqlarının qorunacağını ifadə edib və Ermənistanla, işğalçı ordu ərazilərimizi tərk edəndən sonra əməkdaşlığın mümkünlüyünü istisna etməyib. Bütün bunlara rəğmən, İrəvan danışıqlara müxtəlif maneələr yaradıb və Azərbaycan qarşı düşünülmüş, məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyaları həyata keçirməklə məşğul olub. Son olaraq Cenevrə görüşündən sonra Serj Sarkisyan həqiqətə uyğun olmayan bir fikir bildirib. Bununla Cenevrə görüşündə əldə edilən razılıqlara kölgə salıb. Üstəlik, ermənipərəst ekspertlər Azərbaycan rəhbərliyi haqqında doğru olmayan cümlələr yazıblar.

Ədalətdən uzaq: tərəfkeş "analitikin" məzmunsuz "təhlili"

Elə yazılar olur ki, onlara fikir verməmək daha səmərəlidir. Bəzi "analitiklərin" "analizləri" də bu qəbildəndir. Bir neçə ildir ki, Stanislav Tarasov adlı birisinin ermənipərəst KİV-də dərc olunan "analizlərini" izləyirik və görürük ki, o, "çıxdaşlıq" kateqoriyasını tərk edə bilmir. Süni və uydurulmuş arqumentlərlə bu adam hər vəchlə erməni terroru, radikalizmi və separatçılığına haqq qazandırmağa çalışır. S.Tarasov özü üçün müəyyənləşdirib ki, Dağlıq Qarabağ ermənilərindir, orada müstəqil dövlət yaradılmalıdır, yaxud Ermənistana birləşdirilməlidir. Bu zaman başabəla "analitik" Azərbaycan rəhbərliyinin ifadə etdiyi fikirləri müxtəlif üsullarla təhrif etməyə çalışır və oxucunu çaşdırmaqla məşğuldur. Məlum "Regnum" agentliyinin saytında dərc olunan yazılarının birində də eyni qeyri-obyektiv ruh vardır.

Yazıda guya Azərbaycan və Ermənistan prezidentlərinin son Cenevrə görüşü təhlil edilir. Reallıqda isə S.Tarasov yöndəmsiz və səmərəsiz erməni diplomatiyasının məğlubiyyətini ört-basdır etmək üçün Azərbaycan dövlətinin ünvanına iftira, böhtan dolu fikirlər söyləməyə cəhd göstərib. O, özündən "Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədov nəyi gizlədir?" kimi əsası olmayan bir sual uydurub və ona "analitik-proqnostik" cavab axtarır (bax: Станислав Тарасов. Что хочет скрыть помощник президента Азербайджана Новруз Мамедов? Загадка женевской встречи Алиева и Саргсяна / "Regnum.ru", 24 oktyabr 2017).

Novruz Məmmədovun isə Cenevrə görüşü ilə bağlı gizlətməli heç bir şeyi yoxdur. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Prezidenti öz qəti, ədalətli və beynəlxalq hüquqa tam uyğun olan mövqeyini ifadə edib. Və əvvəllər olduğu kimi, işğalçı Ermənistanın rəhbəri də haqdan qaçaraq, müxtəlif ibarələrlə məsələni düz yoldan çıxarmağa çalışıb. Doğrudur, bir sıra punktlarda tərəflər razılığa gəliblər. Onlar, ümumiyyətlə, dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər. Bu da hər kəsin qəbul edəcəyi bir məsələdir və Serj Sarkisyan ondan açıq imtina edə bilməz. Sözdə qəbul edir, lakin əməldə yenə də böhtançı, qərəzli, ədalətsiz addımlarını atır. Erməni silahlı dəstələrini Azərbaycan ərazisindən çıxmağa səsləmir.

Biz Cenevrədə konkret hansı punktlar üzrə ortaq mövqeyə gəlindiyi barədə yazmaq istəmirik. Çünki bunlar başqa mövzudur. Məsələ ondan ibarətdir ki, ermənilər və onlara züy tutanlar görüşdən dərhal sonra əldə olunan kiçik razılığa belə xəyanət etməyə başladılar. S.Sarkisyan əvvəlcədən elan edilən razılaşmanı pozaraq bəyan edib ki, "bizim üçün yeganə həll ondan ibarətdir ki, Qarabağ Azərbaycandan kənarda olsun" (bax: əvvəlki mənbəyə). Belə bir cəfəngiyatı yalnız qeyri-obyektiv və qərəzli dövlət başçısı danışa bilər. Çünki adi adamlara belə məlumdur ki, Azərbaycan Prezidenti heç zaman Qarabağın Azərbaycandan kənarda olması ilə bağlı müzakirə aparmayıb, aparmır və aparmayacaq da! Bu barədə İlham Əliyev hətta Cenevrə görüşü ərəfəsində açıq və konkret danışdı. Görünür, ya S.Sarkisyanın yaddaşı çox qısadır ya da o, çox qorxaqdır - heç bir zaman həqiqəti etiraf edə bilmir! Hər iki variantda problem onun özünə aiddir.

Siz nəyi gizlədirsiniz, cənab Tarasov?

Bəs onda Serj Sarkisyan nəyə görə, görüşdən dərhal sonra belə mənasız bir fikri ortaya atıb? Birincisi, açıq bilinir ki, Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmaq fikrində deyil, gec, ya da tez torpaqlar azad ediləcək və Dağlıq Qarabağda ermənilər də daxil olmaqla insanların normal həyatı bərpa olunacaq. Azərbaycan bir dövlət kimi öz vətəndaşlarının hüquqlarını tam şəkildə qorumaqda davam edəcək. Bax, onda sarkisyanların bütün saxtalıqları və yalanları ermənilərin özlərinə gün kimi aydın olacaq. S.Sarkisyan bundan qorxur, son halının çox acınacaqlı olacağını hiss edir. Bu səbəbdən də Dağlıq Qarabağla bağlı yalanlar danışır.

İkincisi, Ermənistanın özündə siyasi qüvvələr S.Sarkisyanın yarıtmaz xarici siyasət yeritdiyini açıq deyirlər. İrəvanda olan üsyanlar, etirazlar yaddan çıxmayıb. Hökumətlə bağlı böhran unudulmayıb və insanlar S.Sarkisyanı birbaşa korrupsiyada, ölkəni kənar qüvvələrdən asılı vəziyyətə salmaqda, siyasi naşılıqda ittiham edirlər. Cenevrə görüşü də bir daha göstərdi ki, Dağlıq Qarabağ məsələsi gec-tez ədalətli həllini tapacaq. Deməli, S.Sarkisyan mövqeyindən çəkilmədiyi görüntüsü yaratmalı idi. Öz siyasi karyerasını xilas etmək üçün adam xalqına növbəti yalanı danışdı. Bu da Ermənistan cəmiyyətinin öz problemidir.

Üçüncüsü, Azərbaycanın bir-birinin ardınca qazandığı geosiyasi, iqtisadi, ticari, hərbi, diplomatik uğurlar erməniləri əməlli-başlı təşvişə salıb. Bu gün Bakı regionun həqiqi mərkəzinə çevrilib, regional və hətta qlobal əhəmiyyətli məsələləri məhz burada müzakirə edirlər. Misal olaraq Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin ilk görüşünün Azərbaycanın paytaxtında keçirilməsini, bir sıra mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının burada təşkil edilməsini, vacib layihələrin reallaşmağa başlamasını göstərə bilərik. O cümlədən "Yeni İpək Yolu" layihəsi çərçivəsində atılan addımlar və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması kifayət qədər geosiyasi və informasiya rezonansı doğuran faktlardır. Bunların fonunda Ermənistan heç bir addım ata bilməyib. Onda S.Sarkisyan fəaliyyətsiz, passiv və arqumentsiz siyasi lider kimi, yalan danışmalıdır. Özünün nəyəsə yaradığı görüntüsünü yaratmalıdır.

Həqiqətən, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin fonunda Ermənistanın siyasi rəhbərliyi çox cılız görünür. Rəsmi İrəvanın Cenevrə görüşü haqqında dediyinə də fikir verən yoxdur. Sanki Ermənistan bu prosesdə yoxdur, onun ağaları var. Buna görə də erməni "analitik" və "ekspertlər" özlərindən suallar uydurmalı və onlara öz cavablarını verməyə məhkumdurlar. Bu sualların arxasında Ermənistan rəhbərlərinin real addımları olmadığından, onlara istənilən məzmunu verə bilirlər. Novruz Məmmədovun sözlərində hansısa məqamları axtarmaq istəyi də bu kimi qərəzlərlə bağlıdır.

Azərbaycan Prezidentinin köməkçisi, əslində, çox təmkinli, diplomatik və səbirli qaydada ermənilərə və onların havadarlarına anlatmağa çalışıb ki, danışıqlarda əldə olunan razılıqlara əməl edilməlidir. Əks halda, münaqişə ədalətli həll edilə bilməz.

Novruz Məmmədov ifadə edib: "Qərara alınmışdı ki, razılaşdırılmış punktlardan başqa heç bir bəyanat olmasın. Vəd etdiyinə baxmayaraq, o (S.Sarkisyan nəzərdə tutulur - red.), yenə də sözünə əməl etmədi". Novruz Məmmədov onu da vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə olaraq da qalacaq.

Hər şey aydın, konkret və dəqiq ifadə edilib. Burada hansısa siyasi problem axtarmaq, monolit Azərbaycan rəhbərliyində kimlərinsə etiraz etdiyi barədə yalandan söz uydurmaq "ulduza barmaq silkələməkdir". Stanislav Tarasov bir yazar kimi bu sadə və hamıya məlum olan şeyləri bilməli və ehtiyatlı fikir yürütməlidir.

Novruz Məmmədov onda da tam haqlıdır ki, S.Sarkisyan görüşün ruhuna uyğun olmayan fikir bildirib və bu kontekstdə ağlına nə gəlibsə, onu deyib. Çünki əgər müzakirələr S.Sarkisyanın təqdim etdiyi kimi keçibsə, deməli, heç nə müzakirə edilməyib. Rəsmi Bakı zərrə qədər də S.Sarkisyanın dediyi istiqamətdə kimsə ilə danışıq aparmaz.

Bunlar nəyi göstərir? Belə təəssürat yaranır ki, forpost Ermənistan və xarici havadarları, ağaları artıq diplomatik sahədə olduğu kimi, informasiya sferasında da olduqca əsəbi və ağılsız davranmağa başlayıblar. Səbəbi də aydındır - ədalət öz yerini tutmaqdadır. Azərbaycan sürətli inkişafı ilə düşmənin bütün böhtan və iftira cəbhəsini darmadağın edir. İndi kimsə şübhə etmir ki, Azərbaycan hərbi döyüş meydanında erməni silahlı qüvvələrini qısa müddətdə məhv etmək iqtidarındadır. Bunu reallaşdırmaq üçün rəsmi Bakının iradəsi, imkanı, intellekti, hərbi şücaəti və iqtisadi qüdrəti vardır.

Bütün bunlardan təbii bir sual yaranır. Cənab Stanislav Tarasov, siz, əslində, nəyi gizlədirsiniz? Sifarişli yazılar yazdığınızımı? Birtərəfli mövqedə olduğunuzumu? Bəlkə, ermənilərdən rüşvət alırsınız, onu gizlətməyə çalışırsınız? Məsələnin bu tərəfini araşdırmağa dəyər!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək?

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib