Cenevrədə növbəti raund: İran və ABŞ nüvə məsələsini müzakirə edəcək
Bakı, 16 fevral, AZƏRTAC
Çərşənbə axşamı Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı nüvə danışıqları baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sosial media hesabında dərc olunmuş açıqlamada deyilir.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək. Amerika nümayəndə heyətinin tərkibində ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də olacağı gözlənilir. Danışıqlarda vasitəçi kimi Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi qoşulacaq.
Xatırladaq ki, ABŞ və İran nümayəndələri arasında danışıqların ilk mərhələsi Omanın paytaxtı Maskatda baş tutub. Bu, İran və İsrail arasında 12 günlük münaqişə zamanı ABŞ-nin Tehranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ilk birbaşa diplomatik əlaqə olub. Danışıqlar hərbi gərginliklə bağlı Vaşinqton və Tehranın sərt bəyanatları fonunda baş verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]