CƏNUB REGİONAL FUTBOL FEDERASİYASI ÜZRƏ YENİYETMƏLƏR ARASINDA ÇEMPİONATA YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Cənub Regional Futbol Federasiyası üzrə 1992-93-cü il təvəllüdlü yeniyetmələr arasında çempionata yekun vurulmuşdur. İki dövrədən ibarət çempionatın qalibi “Xəzər-Lənkəran-1” komandası olmuşdur. “Xəzər-Lənkəran-2” ikinci, Astara futbolçuları isə üçüncü yeri tutmuşlar.
Birinciliyin yekunlarına görə qapılara 234 top vurulmuşdur. Rəqib qapılarından 15 top keçirmiş Elxan Hüseynov (“Xəzər-Lənkəran-1”) ən sərrast futbolçuların siyahısına başçılıq edir.
Çempionatın yekununa əsasən, Şahin Məmmədov (“Göytəpə” komandası) ən yaxşı yarımmüdafiəçi, “Yardımlı” komandasının çalışdırıcısı Fəryaz İbayev ən yaxşı məşqçi hesab olunmuşlar. “Masallı” komandası isə birinciliyin ən intizamlı kollektivi seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]