Cənubi Afrikada çoxmərtəbəli binada yanğın baş verib, azı 20 nəfər ölüb
Bakı, 31 avqust, AZƏRTAC
Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində azı 20 nəfər ölüb, 43 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “News24” portalı məlumat yayıb.
Bildirilib ki, binada yanğın saat 01:30 (Bakı vaxtı ilə saat 3:30) radələrində baş verib.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
Yanğının başvermə səbəbi məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]