Cənubi Koreya ABŞ şirkətini 760 milyon dollar cərimələyib
Pekin, 13 aprel, AZƏRTAC
Cənubi Koreyanın Ali Məhkəməsi ABŞ-ın çip istehsalçısı olan “Qualcomm” şirkətinin ədalətsiz rəqabətə görə 1,03 trilyon von (təxminən 760 milyon ABŞ dolları) cərimələnməsi barədə Seul məhkəməsinin qərarını qüvvədə saxlayıb.
AZƏRTAC “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Koreya Respublikasının antiinhisar qurumu olan Ədalətli Ticarət Komissiyası məhkəmənin qərarını alqışlayıb və onun icrasını diqqətdə saxlayacağını bildirib.
Qeyd edək ki, komissiya “Qualcomm” və onun iki törəmə şirkətini Koreyanın rəqabət qanunlarını pozmaqda təqsirkar bilərək, 2016-cı ilin dekabrında 1 trilyon von məbləğində cərimələnməsinə qərar verib. “Qualcomm”, həmçinin mobil rabitə bazarındakı dominant mövqeyindən sui-istifadədə günahlandırılıb.
ABŞ şirkəti komissiyanın ittihamlarını rədd edərək, 2017-ci ildə Seul məhkəməsinə müraciət etmişdi. Seul məhkəməsi 2019-cu ildə verdiyi qərarda Ədalətli Ticarət Komissiyasının təyin etdiyi 10 islah tədbirindən səkkizini haqlı sayıb.
Bu, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası tərəfindən təyin olunan ən böyük cərimə məbləğidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]