Cənubi Koreya və ABŞ F-35 qırıcılarının iştirakı ilə birgə təlimlər keçirib
Bakı, 23 fevral, AZƏRTAC
Koreya Respublikası və ABŞ-ın Hərbi Hava Qüvvələri F-35A qırıcı təyyarələrinin iştirakı ilə birgə təlimlər keçirib.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.
ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingenti F-35A qırıcılarına malik deyil və təlimlərdə Koreya Respublikasının F-35A, KF-16, F-15K və digər növ təyyarələri iştirak edib. Təlimlər zamanı şərti düşmənin təyyarələrinin və qanadlı raketlərinin zərərsizləşdirilməsi üzrə müdafiə tədbirləri yoxlanılıb.
Qeyd edək ki, Pxenyan yanvarın 28-də “Pulhvasal-3-31” qanadlı raketinin, fevralın 14-də isə gəmi əleyhinə “Padasuri-6” raket sisteminin uğurlu sınaqlarını keçirib. Eyni zamanda, yanvarın 30-da Şimali Koreyada “Hvasal-2” strateji qanadlı raketinin iştirakı ilə təlimlər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]